GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Aslan İsmayılov Kamil Zeynallının müdafiəsinə qalxdı: “Kimsə ona torba tikəcəksə, qarşısında məni görəcək”

Aslan İsmayılov Kamil Zeynallının müdafiəsinə qalxdı: “Kimsə ona torba tikəcəksə, qarşısında məni görəcək”

Tarix: 14-04-2020, 21:04 Bölmə :Cəmiyyət Baxış: 655
Aslan İsmayılov Kamil Zeynallının müdafiəsinə qalxdı: “Kimsə ona torba tikəcəksə, qarşısında məni görəcək”


Allah bu koronavirusun atasına rəhmət eləsin, hələ çox qıvrımbaşların keçəlini görəcəyik.

Mətbuat tirajlayır ki, “Özünü “xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui-istifadə edərək, sadəlövh insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cüzi yardım qarşılığında vətəndaşları yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir. Pirallahı rayon İcra Hakimiyyəti olaraq vətəndaşlara müraciət edirik ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır”.

Bu artıq həyasızlığın son həddidir. K.Zeynallını heç vaxt görməmişəm, ancaq işlərini neçə gündür ki, izləyirəm. Həqiqətən onun sayəsində təsəvvür etmədiyim faciəvi səhnələri gördüm. Tək Xəzər bağları deyilən yerdəki qoca kişinin vəziyyətinə görə hamımız utanmalıyıq. 21-ci əsrdə, neft ölkəsində o səhnənin olması üz qarasıdır. Doğrudanmı illərdir o sahəyə baxan yaramazlardan heç kim bunu görməyib?! Görməyibsə kordur, görübsə heyvandır! Sumqayıtın başçısının obyektlərinin tək birinin hesabına yüzlərlə o qoca kişi kimilərini evlə təmin etmək olar. Başqa bir ağlamalı səhnəni Pirallahıdakı ailənin vəziyyətində gördük. Hamısını da bizə bunu etməli olan mətbuat yox, Kamil göstərdi. İndi hansı üzlə, Pirallahı İcra Hakimiyyəti utanmadan K.Zeynallını ittiham edir? Doğrudanmı artıq abır-həya deyilən bir şey qalmayıb? Yoxsa yenə hələ düşünürsünüz ki, həyasızlıq, qabalıq hesabına at oynadacaqsınız? Ölkədə baş verənləri demirəm, heç olmasa başınızı qaldırıb dünyaya baxın. Yemək-içməkdən başınız açılanda bir-iki qəzet, jurnal, kitab oxuyun.

K.Zeynallının kimliyini bilməsəm də baş verənlərdən sonra əgər onun haqqında kimsə torba tikəcəksə bilsin ki, qarşısında məni kimi yüzlərlə insanı görəcək. K.Zeynallı məhz bu ölkəni dağıdan, insanları pis günə salan vəzifəli şəxslərin işini görür. İnsansınızsa siz edin, Kamil kimilər də getsin öz işi ilə məşğul olsunlar. Siz o qədər yalan danışıbsınız, pislik edibsiniz ki, sizə artıq inanan da yoxdur. Bir az göydən yerə düşün, ayağınız yerə dəysin, yoxsa təpəniz yerə dəyəcək.

Bu məlumatı bəh-bəhlə tirajlayan jurnalistlər, siz peşə borcunuzun nə olduğunu bilirsinizmi, yoxsa hələ də Əli Həsənovun havasını oynayırsınız? Bir balaca vicdanınız varsa həmin bəyanatla birlikdə ədalətli olsun deyə bir iki kəlmə K.Zeynallının gördükləri işdən də yazın.

Sonda hamıya müraciət edirəm. Ən böyük bəlalarımızdan biri müstəqil mətbuatımızın olmamasıdır. Bunun hansı fəsadlar verəcəyini bildiyimdən illərdir bu barədə yazıram, deyirəm. Bir çoxları məni Ramiz Mehdiyev – Əli Həsənov cütlüyünə qarşı qərəzli olmaqda ittiham etmək üçün hekayələr uydurdular. Bir çoxları yazdıqlarıma mız qoymaq əvəzinə onları təhlil etsələr çox şeylər görərlər.

Məhz bu günkü şər-böhtana görə haqq etmədən mənzil alan jurnaistlərin sayəsində həyasızlıq, yalan həyat tərzinə çevrilib, haqq-ədalət küncə sıxışdırılıb.

Yenə bu hakimiyyətdə islahat istəyənlərə müraciət edirəm. Bu gün Sizə qarşı səmimi olanlar Prezidentin şəninə təriflər deyib insanların qanını soran məmurlar yox, imkansız ailələrə öz hesablarına maddi yardım göstərən iş adamları, Kamil kimi oğullardır. İndidən onları qeydə alın ki, çətin gününüzdə Sizə kimlərin dayaq olduğunu biləsiniz. Onları qudurğan məmurlara qurban verməyin. Bunların tək günahı həmin pulların yarısından çoxunu ciblərinə qoymağa hazır olan məmurlara yox, ehtiyacı olan kasıb ailələrə vermələridir.

Təxirə salmadan mətbuatı qaydaya salın. Şər böhtana görə alınan evlər həmin mirzələrdən alınıb haqq edənlərə verilməlidir.

Yırğalana-yırğala yox, təcili işə başlayın, yoxsa çatdırmayacaqsınız. Yerlərdəki “Şah”ların nələr etdiklərini görmək üçün Sizə normal mətuat lazımdır. Əgər doğrudan da islahat etmək istəyirsinizsə?!

Aslan İsmayılov
Hüquqşünas
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kamil Zeynallı saxlanıldı

    Kamil Zeynallı saxlanıldı ...

    12-03-2019, 14:21

  • 
  • Kamil Zeynallı İcra başçısını biabır etdi: “Kasıblara kömək etməyə qoymur” - VİDEO

    Kamil Zeynallı İcra başçısını biabır etdi: ...

    13-04-2020, 16:14

  • 
  • Kamil Zeynallı onu tənqid edənlərə cavab verdi

    Kamil Zeynallı onu tənqid edənlərə cavab verdi ...

    11-04-2020, 13:11

  • 
  • "Bəzi çaqqal-çuqqallar boş-boş danışırdılar" - Kamil Zeynallı İnstagram-a qayıtdı - FOTO

    "Bəzi çaqqal-çuqqallar boş-boş ...

    15-03-2017, 01:13

  • 
  • Aslan Ismayılov səbəst buraxıldı -FOTOLAR

    Aslan Ismayılov səbəst buraxıldı -FOTOLAR ...

    17-05-2013, 18:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu