Nərimanov polisi tanınmış vəkil Aslan İsmayılovu həbs edib. Bu barədə “Azadlıq”a vəkilin sürücüsü məlumat verib. Aslan İsmayılovu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qarşısında saxlayıblar. Vəkil ora bir neçə gün qabaq həbs edilmiş blogger Rəşad Ramazanovun taleyi ilə maraqlanmaq üçün getmişdi. Xatırladaq ki, Aslan İsmayılov İdarəyə yollanmamışdan qabaq mətuat konfransı keçirərək, Rəşad Ramazanova ağır işğəncələr verildiyini bildirmişdi. ....... Aldığımız son məlumata görə, axşam saatlarında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə aparılan tanınmış vəkil Aslan İsmayılov artıq azad edilib. Vəkil bildirib ki, getmək istəməsəm də məni zorla maşına oturdub apardılar. İdarədə günorta keçirdiyim mətbuat konfransı ilə bağlı söhbət apardıqdan sonra məni sərbəst buraxdılar" deyə bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?