GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » OC Media: Azərbaycanda jurnalistlər və müxalifətçilər "karantin qaydalarını pozmaq" ittihamı ilə həbs edilir

OC Media: Azərbaycanda jurnalistlər və müxalifətçilər "karantin qaydalarını pozmaq" ittihamı ilə həbs edilir

Tarix: 18-04-2020, 14:41 Bölmə :Cəmiyyət Baxış: 611
OC Media: Azərbaycanda jurnalistlər və müxalifətçilər "karantin qaydalarını pozmaq" ittihamı ilə həbs edilir


Açıq Qafqaz media (OC Media) saytı məlumat verir ki, martın 24-də Azərbaycanda karantin rejiminin tətbiq olunduğu gündən bəri üç jurnalist həbs olunub. Yeni repressiya dalğası hakimiyyətin tənqidçiləri tərəfindən qınanır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli hökümətin bu addımlarını "jurnalist ovu" adlandırıb.

Sayt bildirir ki, Natiq İzbatov aperlin 9-da, İbrahim Vəzirov və Mirsahib Rahiloğlu isə 13 aprel tarxində həbs olunublar. Hər üç jurnalist rəsmi şəxsləri tənqid edərək, karantin rejimi dövründə azərbaycanlıların üzləşdikləri çətinlikləri işıqlandırmağa çalışıb.

Hazırda İbrahim Vəzirov 25, Natiq İzbatov 20 və Mirsahib Rahiloğlu isə 30 günlük inzibati qaydada həbs olunublar. Kanal 24 bazar ertəsi xəbər verip ki, əməkdaşı İbrahim Vəzirov Şirvan şəhərində saxlanılıb.

Daxili İşlər Nazirliyindən bildirilir ki, Vəzirov polisin qanuni tələbinə tabe olmadığı üçün saxlanılıb. Belə ki, polis ona yaxınlaşaraq karantin qaydalarına uyğun olaraq evdən çıxma icazəsini aldığını təsdiqləyən sənədləri göstərməyi tələb etsə də, Vəzirov bundan boyun qaçırıb.

Kanal 24 öz Facebook səhifəsində məlumat yayaraq bildirir ki, İbrahim Vəzirov Şirvan şəhərində olan sosial problemləri işıqlandırdığı üçün yerli polisin qəzəbinə tuş gəlib. Eləcə də Vəzirovun anası Şəfa Vəzirova da Kanal 24-ə bildirib ki, oğlu tez-tez şəhər polis idarəsinə çağırılırmış.

Şəfa Vəzirova həmçinin əlavə edib ki, polis İbrahim Vəzirovdan çəkilmiş video reportajların silinməsini istəsələr də, o bundan imtina edib.

Vəzirova bildirir ki, oğlunun Bakıda yaşamasına baxmayaraq bazar ertəsi polis onu Şirvan şəhəri polis idarəsinə çağırıb. Əvvəlcə o, karantin məhdudiyyətləri səbəbindən imtina etsə də, polis heç bir problemin olmayacağını iddia edib. Oğlu şəhərə gəldikdən sonra həbs olunub.

Yeni repressiya dalğası

Azərbaycan prezidenti İlham Əliyev 19 martdakı çıxışı zamanı hakimiyyətlə dialoqa girməyən müxalifət qruplarını "satqın və beşinci kolonun korrupsioner nümayəndələri" adlandırıb.

"Sosial şəbəkələrdə söylədiklərinə baxın, nifrət və təxribatla doludur. Deyəsən iğtişaşların baş verməsini istəyirlər. Qarışıqlıq istəyirlər. Çaxnaşma istəyirlər" deyə Əliyev bildirib.

O həmçinin əlavə edib ki, COVID-19-un yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilsəydi, "beşinci kolonun nümayəndələrinin təcrid edilməsi" "tarixi zərurətə" çevriləcəkdi.

Digər tərfədən isə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov martın 23-də Facebookda post yazaraq bildirib ki, Azərbaycanda "iki virus" var - COVID-19 və "siyasi virus" olan müxalifət, xüsusən də Əli Kərimli. O, ikisinə qarşı eyni vaxtda mübarizə aparmağın lazım olduğunu yazıb.

Demokratik Qüvvələrin Milli Şurası Əliyevin çıxışını “faşist” adlandıraraq qınayıb. Onlar həmçinin Əliyevi müxalifəti repressiyaya məruz qoymaq üçün yalançı “planlar” hazırlamaqda ittiham ediblər.

Digər tərəfdən isə Əliyevin çıxışından iki gün sonra Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev saxlanılıb. O, pandemiya zamanı həbs olunan ilk müxalifətçidir.

Samir Babayev və hərəkatın digər üzvləri Bakıda metro stansiyasının qarşısında tibbi maskalar və COVID-19 haqqında məlumat broşuraları yayarkən saxlanılaraq bir ay müddətinə inzibati qaydada həbsə məhkum olunublar.

Ertəsi gün isə Müsavat Partiyasınının funksiyoneri, müxalif siyasətçi Tofiq Yaqublu xuliqanlıq ittihamı ilə 3 ay müddətinə həbs cəzasına məhkum edilib.

Elə həmin gün AXCP-nin üzvü Anar Məlikov “karantin qaydalarını pozmaqda” ittiham olunaraq 10 sutka inzibati həbsə məhkum edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Babayev, Yaqublu və Məlikovu “koronavirus məhbusları” adlandırıb.

Bir çox insan haqları təşkilatları, o cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri rəsmi Bakını pandemiyadan sui-istifadə edərək öz tənqidçilərini susdurmaqda günahlandırıblar.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə xalqa müraciətində müxalifəti "beşinci kolon" və "satqın" adlandıraraq yaranacaq yeni siyasi konfiqruasiyada onlara yer olmadığını deyib./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirvanda jurnalist həbs edildi - Səbəbi açıqlandı

    Şirvanda jurnalist həbs edildi - Səbəbi açıqlandı ...

    13-04-2020, 12:39

  • 
  • AXCP fəalı həbs edilib

    AXCP fəalı həbs edilib ...

    17-04-2020, 20:13

  • 
  • AXCP fəalı həbs edilib

    AXCP fəalı həbs edilib ...

    27-10-2018, 11:29

  • 
  • İki müxalifət fəalı karantin rejimini pozmaqda günahlandırılaraq həbs edilib

    İki müxalifət fəalı karantin rejimini pozmaqda ...

    23-03-2020, 18:31

  • 
  • Karantin qaydalarını pozan məktəb direktoru və qəzet redaktoru cərimələndi - FOTO

    Karantin qaydalarını pozan məktəb direktoru və ...

    11-04-2020, 17:57


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
baccarat jogo
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu