GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » QMİ Ramazan ayı ilə bağlı fətva verdi

QMİ Ramazan ayı ilə bağlı fətva verdi

Tarix: 20-04-2020, 12:46 Bölmə :Cəmiyyət Baxış: 619
QMİ Ramazan ayı ilə bağlı fətva verdi


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

QMİ-dən verilən məlumata görə, fətvada deyilir ki, bu il ölkə ərazimizin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edəcək. Ramazani-Şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası aşağıdakıları bəyan edir:

"Builki Ramazana bütün dünyada sürətlə yayılmaqda olan virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz və dünya birliyi böyük səylə çalışır, bütün mümkün qoruma və müalicə tədbirləri həyata keçirilir. Belə bir mürəkkəb zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirdiyi misilsiz tədbirlərə dəstəyimizi ifadə edir, vətəndaşları qeyd-şərtsiz mövcud xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağırırıq. Xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq, öz tərəfimizdən məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar vermişik. Biz, din xadimləri mövcud xəstəliyin təmas, ünsiyyət vasitəsilə yoluxmasını nəzərə alaraq, bütün məhdudlaşdırıcı tədbirləri dəstəkləyirik. Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsini tövsiyə edirik. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərtilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.

Builki Ramazanın təsadüf etdiyi mürəkkəb zamanda insanlar Uca Allahın əmanəti olan öz həyatlarını və ətrafdakıların canlarını xüsusilə qorumağa borcludurlar. Elə bir dövrdür ki, bir adamın məsuliyyətsizliyi, laqeydliyi minlərlə günahsız insanın həyatı bahasına başa gələ bilər. Bunun böyük günah olduğunu unutmamalıyıq. Şəriətə görə, insanın sağlığına, sağlamlığına zərər verə biləcək, bədənini zəiflədərək xəstəlik qarşısında aciz hala gətirəcək məqamlara yol verilməməlidir"

Fətvada deyilir ki, orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir:

"Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır. Ramazan günlərində Yer üzünün salamatlığı, ölkəmizin əmin-amanlığı, dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxması üçün dualar edib, xəstələrin şəfa tapmasını diləyirik. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür. Dövlətin qayğı və diqqətini öz üzərində hiss edən insanlarımız hökümətin verdiyi zəruri qərarlara hörmət, məsuliyyət və anlayışla yanaşırlar. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu çətin günlərdə atdıqları addımlar, çıxış və müraciətləri, səmimi münasibət və diqqətləri xalqımıza, millətimizə böyük dəstək, dayaqdır və bizi sabit sabaha ümidləndirir. Azərbaycan dindarları adından dövlət rəhbərliyinə fədakar fəaliyyətinə görə minnətdarlığımızı ifadə edir, Uca Allahdan onların səylərinə rəvac diləyirik! Belə bir mürəkkəb dövrdə gecə-gündüz yorulmadan çalışan Azərbaycan hökumətinin əməyini yüksək dəyərləndirir, zəhməti keçən dövlət, ictimaiyyət xadimlərinə minnətdarlığımızı bildirir, fəaliyyətlərində uğurlar diləyirik. Xəstəliklə mübarizənin ön cəbhəsində vuruşan Azərbaycan həkimlərinin və onların yardımçılarının fədakar zəhmətlərinə xalqımız böyük dəyər verir. Onların bu dövrdə fəaliyyət və mücadilələri əsl qəhrəmanlıq təcəssümüdür. Biz din xadimləri, öz növbəmizdə, bu ağır dövrdə xalqımızın yanında olub, şəriətin buyurduğu şəkildə dini vəzifələrimizi yerinə yetirir, məkrli mərəzdən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, xəstələrin tezliklə şəfa tapmaları üçün dualar edirik. Hər bir dərdin dərmanı olduğu kimi, bu bəlanın da çarəsi vardır. Uca Yaradanımıza dualar edirik ki, dünya alimləri tezliklə bu xəstəliyin dərmanını tapsınlar və dünya bu bəladan xilas olsun, inşallah!

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi bu mübarək ayın gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib etmişdir. Hazırki vəziyyətdə təqvimlərin kağız formatında yayılmasının çətinliyini nəzərə alaraq, İdarəmizin saytında (www.qafqazislam.com) yerləşdirilmiş təqvimin internet versiyasından istifadəni tövsiyə edirik. Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur.

İnşallah, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcəkdir. Ramazan ayının başlanma və bayram günü tarixləri Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən müəyyən edilir. Azərbaycan dövlətinin Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu günlər təqvimdə bayram günü kimi qeyd edilir. Uca Allahın köməyi ilə, mübarək bayram günlərinədək xəstəlik fəsadları aradan qalxar, inşallah! Bu il ölkədəki xüsusi karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verəcəyi qərardan çıxış edərək bayram namazı ilə bağlı sizləri əlavə məlumatlandıracağıq.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin, həmçinin xəstəlik səbəbi ilə vəfat edənlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.

Duaların qəbul olunduğu mübarək Ramazan ayında ən böyük duamız budur ki, Qadir Allah doğma Azərbaycanımızı, dünyanı virus təhlükəsindən xilas etsin, bizləri bu mərəzdən hifz etsin!"

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda Ramazanla bağlı fətva verildi

    Azərbaycanda Ramazanla bağlı fətva verildi ...

    8-07-2013, 15:16

  • 
  • Bayram namazının vaxtı AÇIQLANDI

    Bayram namazının vaxtı AÇIQLANDI ...

    2-07-2016, 15:28

  • 
  • Bu gün Ramazan ayı başlayır

    Bu gün Ramazan ayı başlayır ...

    7-06-2016, 00:40

  • 
  • Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı münasibətilə fətva verdi

    Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ...

    15-05-2018, 11:49

  • 
  • Bu gecə niyyət axşamıdır, sabah Ramazan ayının 1-dir

    Bu gecə niyyət axşamıdır, sabah Ramazan ayının ...

    5-05-2019, 17:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu