Türkiyədə son 24 saat ərzində koronavirusdan sağalan xəstələrin sayı yoluxanların sayını üstələyib. Bununla da ölkədə koronavirusla mübarizədə ilk yaşanıb.
Gundemxeber.Az-ın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Onun sözlərinə görə, ötən gün 38 351 test edilib, 3 122 yeni koronavirusa yoluxma faktı müəyyən edilib. Ümumilikdə COVID-19-a yoluxanların sayı 104 912-yə yüksəlib.
Bundan əlavə, dünən 3 246 nəfərin xəstəlikdən sağalması ilə bu rəqəm 21 737-yə çatıb.
“Son sutka ərzində müalicə olunaraq evə buraxılanların sayı sağalan xəstələrin təxminən 15 faizini təşkil edir.
Biz müayinə, erkən diaqnoz və müalicədə uğur qazanırıq. Bu nöqtədən heç bir dönüş olmamalıdır. Nəticələrə ehtiyat dəstək vacibdir. Bizə güc verin”, -deyə F. Qoca bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?