Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 25-nə olan son statistik məlumatı açıqlayıb.
Gundemxeber.az TƏBİB-ə istinadla xəbər verir ki, bu gün Azərbaycanda koronavirusdan müalicə alan xəstələrin sayı 516 nəfərdir:
"Onlardan 20 nəfəri reanimasiyada müalicə olunur, 6 nəfəri isə süni nəfəs aparatına qoşulub".
TƏBİB bildirib ki, bu gün Azərbaycanda 6069 nəfər testdən keçirilib: "Bununla da indiyə kimi test müayinəsindən keçirilənlərin sayı 120479 nəfərə çatıb".
Sorğu
Yeni dizaynımız necədir?