Ucar şəhəri Heydər Əliyev Prospekti, ev 87, mənzil 16-da yaşayan İsmayılzadə Akif Səlim oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevə etdiyi müraciətin bir surəti də GundemXeber.Az redaksiyasına daxil olub. Həmin müraciəti olduğu kimi çoxsaylı oxucuların diqqətinə təqdim edirik:
''Cənab Prezident, 71 yaşım var əmək pensiyaçısıyam özümdə ikinci qrup əliləm. Pensiya hesabım Azərbaycan Beynəlxalq Bankındadır. Mənə məlum olmayan səbəblərə görə mart və aprel aylarında hər ay 60 manat olmaqla pensiyamdan pul tutulub. Yaşım 65 yaşdan çox olduğuna görə Ucar şəhərində yerləşən Azərbaycan Beynəlxalq Bankına gedib əlaqə saxlaya bilmirəm. Telefon zənglərimə də Beynəlxaq Bankdan cavab vermirlər. Həyat yoldaşımda pensiyaçıdır. Başqa yerdən gəlirimiz yoxdur. Hər ikimizin aldığımız pensiya komunala, dərmana və ərzağa güclə çatır. . Cənab Prezident, mətbuat vasitəsi ilə sizdən xahiş edirəm mənim pensiyamdan hər ay 60 manatın tutulması səbəbinin araşdırılmasına tapşırıq verəsiniz.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?