GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hamıya yetəcək pulu hardan tapmalı? - OLUM, YA ÖLÜM

Hamıya yetəcək pulu hardan tapmalı? - OLUM, YA ÖLÜM

Tarix: 2-05-2020, 00:21 Bölmə :Cəmiyyət Baxış: 766
Hamıya yetəcək pulu hardan tapmalı? - OLUM, YA ÖLÜM


Hamıya yetəcək pulu hardan tapmalı? - OLUM, YA ÖLÜM

Ağır zəmanəyə gəldik, büdcəyə, pensiya fonduna, işsizlikdən sığorta fonduna, iri vergi ödəyicisi olan bütün dövlət şirkətlərinə, polisə, hərbçiyə, məmura, icra hakimiyyətinə, bələdiyyəyə, bir sözlə hər kəsə pul lazımdır. Dövrümüzün aktuallığına görə Hamletin məşhur “olum, ya ölüm” dilemmasından geri qalmayan sualı belədir: Hamıya yetəcək pulu hardan tapmalı?
Etiraf edək ki, sualı eşidənlərin çoxunun ağlına ilk olaraq Neft Fondu gəlir. Ancaq bu gedişlə Fondda toplanan vəsaitin ünvansız və səmərəsiz xərclənməsi ilə ordakı pulun da axırına tezliklə çıxıla bilər. Bəs, sonra? Ölkəni idarə edənlər sonrasını heç vaxt fikirləşməyiblər. Əgər fikirləşsəydilər, vaxtında iş görmək əvəzinə, xalqı gecə-gündüz yalançı statistika və islahat nağılları ilə yuxuya verməzdilər.
Biz cəmiyyət olaraq indi uzun və dərin yuxudan sonrakı qismən anlaqlı vəziyyətdəyik, tam ayılmamışıq, yuxu ilə gerçəklik arasında var-gəl edirik, yarıyuxulu beynimiz nə baş verdiyini tam qavramaqda çətinlik çəkir. Beynimizi zorlayırıq və yavaş-yavaş anlayırıq ki, qızıl kimi vaxtı-fürsəti əldən vermişik, “üstü bəzək – içi təzək” inkişaf cəhalətin girdabında qəhr olub. Ölkəni nə sivil qaydada idarə edəcək institutlar yaranıb, nə də sağlam ictimai-siyasi davranışlar formalaşıb.
Təxminən belə bir vəzyyətdəyik: Eyni gəminin sərnişinləri kimi 30 il əvvələ dönürük, ancaq bir istsina ilə. 30 il öncə neftdən, qazdan qazancımız olmasa da, zamanımız və qürurumuz yetərincə idi. Təəssüf ki, zaman rahatlığımızın yeminə çevrildi, qururumuz isə Qarabağ kimi əsarətdədir. Ancaq bütün bunlar bizdə gələcəklə bağlı bədbinlik yaratmamalıdır. Nəyin bahasına olursa-olsun, “Sizif əməyindən” qurtulmalı, o daşı o dağın başına çıxarıb, əks tərəfə dığırlatmalıyıq. Bunun üçün isə hər şeyi şıfırdan başlamalıyıq.
Yeni dünyada köhnə qaydalarla buna nail olmaq mümkünsüzdür. Dəyişməliyik və toplum olaraq ictimai şüura yiyələnməliyik. Nədən bu günə qədər ictimai şüura sahiblənə bilmədik? Ona görə ki, “BİZ” yoxuq, “BİZ” heç nəyi həll etmir və ya ən yaxşı halda çox az şeyə təsir edə bilir. Bu durum imkan verir ki, hakimiyyət cəmiyyət üzərində qəti hökmranlığını davam etdirsin və onu daima əzsin. “BİZ” olmayan toplum hakimiyyətdən fayda gözləmir. Hakimiyyət də vahid olmayan toplumun qarşısında məsuliyyət hiss etmir.
Cəmiyyətin sağlam təməli - “BİZ“ faktiki mövcud deyil, üstəlik, hər gün içimizdəki nifrəti bir-birimizə yönəltməklə, toplumu daha da zəiflədir, taqətdən düşmüş “bədənə” zərbələr endirir, bir-birimizin qəniminə çevrilirik. Məhz bu səbəblərdən toplumda “BİZ” faktoru yaranmır.
Növbəti əsas sual “nə etməli”dir. "BİZ", ilk növbədə cəmiyyətimizi, sonra isə cəmiyyətimizin beynini yaratmalıyıq. İnsanların cəmiyyəti süurlu olmalıdır. Bu süur rolunu sosial şəbəkələrdə "BİZ" oynaya bilər. İndiyə qədər heç bir sosial şəbəkə layihəsi düşünən beyinləri bir yerə yığa bilməyib. Müxtəlif siyasi güc mərkəzlərinin və tənha müstəqillərin fikirləri var, amma yaradıcı – tədqiqedici məsləhət meydanı, ictimai təşəbbüs formatı yoxdur. Bir sözlə, xalqın zəruri ehtiyaclarını öyrənərək onları "BİZ" formatında eyni mövqeyə gətirən, toplumun fikirlərini hakimiyyətə olduğu kimi, dürüst catdiran və hakimiyyəti "BİZ"lərlə hesablaşmağa və effektiv işləməyə məcbur edən ümumi format (meydan) yoxdur.
Nəhayət sonuncu sual belədir: Biz bu meydanı yaradıb, misiyamızı reallaşdıra bilərikmi? Cəmiyyət bagça kimidir: arzu olunanlar becərilməyəndə arzu olunmayanlar artıb coxalır. İnsan cəmiyyəti canli organizm misalıdır, inkisaf etmirsə, geriyə gedir, deqradasiya uğrayır. Orqanizmin inkişafı beynin formalaşmasından asılı olduğundan, inkişafın məntiqi ardıcıllığı alqoritmi yaradılmalıdır. İnkişaf alqoritmini düzgün qurmaq və səmərəli işlətmək üçün isə cəmiyyətin beyni olmalıdır.
Odur ki, cəmiyyətin qurtuluşu üçün “BİZ” olmağa istəkli, ən fəal üzvləri bir meydanda birləşdirmək qərarını vedik. “BİZ” birliyin sadə və neytral nümunəsidir. “BİZ” qrupu xalqın qrupudur, bu sosial sifarişdən yaranan ictimai təşəbbüslər üçün meydan, cəmiyyətin gələcəyini düşünən insanlar üçün imkanlar yaradan vasitədir. Bu, mənim, sənin deyil, bizim qrupumuzdur. Bu qrupda “BİZ” düşüncəsində olan və “BİZ”in gücünə inanları səfərbər etməklə, onlarda dəyişikliklərə inam yaratmaqla, ictimaiyyətin narazılığını dərhal əlaqədar hakimiyyət orqanlarına çatdırmaqla indiyə qədər göstərdiyimiz ictimai təşəbbüsləri (“Virusu məktəblərə buraxmayaq”, “Metronu dayandıraq”, “Birdəfəlik yardıma müraciət edək”) davam etdirməli, qərarların qəbulunda ictimai iştirakçılığa və təsirlərə nail olmalı, nəhayət, hökuməti düzgün, şəffaf, hesabatlı və effektiv işləməyə vadar etməliyik.
Niyyətimiz hədəfimizin göstəricisidir!
Biz birləşmək qərarı verdik, siz necə BİZ-ə qoşulmağa hazırsınız? BİZə qoşulmaq istəyənlər buyursunlar!

ADR HƏRƏKATININ SƏDRİ Gubad Ibadoglu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıdakı məşhur restoranda ölüm

    Bakıdakı məşhur restoranda ölüm ...

    21-01-2014, 11:58

  • 
  • Azərbaycanın tanınmış jurnalisti ölüm ayağındadır

    Azərbaycanın tanınmış jurnalisti ölüm ayağındadır ...

    11-12-2013, 00:49

  • 
  • Aktrisa xalqı küçələrə axışmağa çağırdı: “Ya ölüm, ya qalım”

    Aktrisa xalqı küçələrə axışmağa çağırdı: “Ya ...

    22-12-2015, 14:20

  • 
  • Yanukoviçin ölüm xəbəri yayıldı

    Yanukoviçin ölüm xəbəri yayıldı ...

    4-03-2014, 10:48

  • 
  • Azərbaycanda 9 milyon manatdan çox dəfn pulu verilib

    Azərbaycanda 9 milyon manatdan çox dəfn pulu ...

    7-03-2014, 11:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu