GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » SDU-da rektorluq növbəti videokonfrans keçirdi - REKTORDAN TÖVSIYƏ

SDU-da rektorluq növbəti videokonfrans keçirdi - REKTORDAN TÖVSIYƏ

Tarix: 2-05-2020, 00:45 Bölmə :Cəmiyyət Baxış: 420
SDU-da rektorluq  növbəti videokonfrans keçirdi - REKTORDAN TÖVSIYƏ


Aprelin 30-da Sumqayıt Dövlət Universitetində rektorluğun koronavirus pandemiyası ilə əlaqədar məsafədən tədrisin təşkilinin vəziyyəti, 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının və Dövlət attestasiyasının keçirilməsi, sosial baxımdan əhalinin həssas qruplarına aid edilən tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ilə əlaqədar universitetdə görülən işlərin vəziyyəti, koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətdə 2020-ci il üçün planlaşdırılmış beynəlxalq və respublika elmi konfranslarının keçirilməsi və cari məsələlərin müzakirəsinə həsr olunmuş növbəti iclası videokonfrans şəklində keçirildi.

SDU-da rektorluq  növbəti videokonfrans keçirdi - REKTORDAN TÖVSIYƏ


SDU-nun rektoru, professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq koronavirus pandemiyası ilə mübarizədə Prezident cənab İlham Əliyevin uzaqgörənliyi, baş verənlərə dərhal ciddi reaksiya verməsi sayəsində respublikada vəziyyətin nəzarət altına alındığını, virusa yoluxanların sayının gündən-günə azaldığını bildirdi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldığını, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırıldığını və ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salındığını, karantin rejiminin tətbiq olunduğunu, koronavirusla mübarizə fondu yaradıldığını və ilk olaraq cənab Prezidentin fonda birillik əməkhaqqını keçirdiyini qeyd edən rektor SDU-nun da həmişə olduğu kimi ölkə prezidentinin yanında olduğunu, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan bu fonda 50 min manat vəsait köçürdüyünü bildirdi.

SDU-da rektorluq  növbəti videokonfrans keçirdi - REKTORDAN TÖVSIYƏ


Koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın böyük qıtlığı yaşandığı bir zamanda ölkə başçısının tapşırığına əsasən aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldu və tibbi maska istehsalına başlanıldı. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva "Yeni klinika”nın açılışını etdilər. Vaxtında tikilən, ən müasir cihaz və avadanlıqlar, laboratoriyalarla təchiz edilən yeni tibb müəssisəsi dövlət başçısının qərarı ilə koronavirus xəstələrinin müalicəsinə yönəldildi.
Ümumdünya Səhiyyə Təşkilatının da qeyd etdiyi kimi, qısa vaxtda respublikada görülən işlərin digər ölkələr üçün nümunəyə çevrildiyini, bir sıra ölkələrlə müqayisədə, Azərbaycanda koronavirusa yoluxma hallarının vaxtında aşkarlandığını bildirən və bunu ölkədə güclü səhiyyə sisteminin olması ilə əlaqələndirən rektor hər kəsi karantin qaydalarına əməl etməyə səslədi.
Rektor professor Elxan Hüseynov sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə hökumətin verdiyi qərara toxunaraq, SDU-da
ödənişli əsaslarla təhsil alan bu qəbildən olan tələbələrin siyahısının hazırlanması işinin davam etdiyini vurğuladı.

SDU-da rektorluq  növbəti videokonfrans keçirdi - REKTORDAN TÖVSIYƏ


Tədrisin gedişatına toxunan rektor koronavirusla mübarizə ilə bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq Təhsil Nazirliyinin göstəriş və tövsiyələrinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində tədris prosesinin onlayn və oflayn formada təşkil olunduğunu bildirdi. Onlayn formada WhatsApp mesajlaşma mübadilə sistemindən, Zoom onlayn konfransların keçirilməsi proqramından və Microsoft Teams platforma-sından, oflayn formada isə distant təhsilin təşkil edilməsi üçün nəzərdə tutulmuş Moodle sistemindən, Microsoft Teams platformasından və WhatsAppdan istifadə olunmaqla tədris prosesinin təşkil olunduğunu vurğulayan rektor ayrı-ayrı fənlərə dair mövzuların mənimsənilməsi üçün tələb olunan materialların buludda yerləşdirildiyini, tələbələrin istədikləri vaxt bu materiallardan istifadə edərək dərslərə hazırlaşdığını, mühazirə materiallarını mənimsədiklərini qeyd etdi. Hazırda bütün mühazirə, məşğələ və laboratoriya işlərinin, o cümlədən imtahan suallarının buludda yerləşdirildiyini söyləyən rektor görülən işlərin nəticəsində tələbələrin 70 %-dən çoxunun onlayn dərslərdə iştirak etdiyini bildirdi. İstehsalat və pedaqoji təcrübə keçən tələbələrin buraxılış işləri, imtahan prosesinin təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşən rektor onu da vurğuladı ki, aprelin 24-də təhsil naziri, nazirliyin aparatının rəhbər şəxsləri və ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə keçirilən videokonfransda təhsil naziri cənab Ceyhun Bayramovun çıxışı zamanı önəmli məqamlardan biri də postkarantin dövründə tədrisin təşkili və imtahan sessiyasının keçirilməsi olmuşdu. Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə müzakirələrin aparıldığını bildirən rektor imtahanların keçirilməsi ilə əlaqədar 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn rejimdə təşkil olunduğu nəzərə alınaraq tələbələrin biliklərinin qiymətləndirilməsində tələbəyönümlü və eyni zamanda biliklərin obyektiv qiymətləndirilməsinə əsaslanan yanaşmanın tətbiq olunmasının planlaşdırıldığını vurğuladı.
2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının və Dövlət attestasiyasının keçirilməsi haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Sosial baxımdan əhalinin həssas qruplarına aid edilən tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ilə əlaqədar universitetdə görülən işlərin vəziyyəti haqqında Tədris-metodiki mərkəzin direktoru Faiq Şirinov, Koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətdə 2020-ci il üçün planlaşdırılmış beynəlxalq və respublika elmi konfranslarının keçirilməsi haqqında Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov məruzələrlə çıxış etdilər. Müzakirələrdə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, Elmi katib professor Muxtar Səmədov və fakültə dekanları koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar SDU-da tədris prosesinin təşkili, təcrübələrin keçirilməsi və xarici layihələrin, onlayn şəkildə görüşlərin həyata keçirilməsi barədə ətraflı məlumat verdilər və bir sıra təkliflər irəli sürdülər.
O da qeyd olundu ki, universitetdə tələbələrin asudə vaxtlarının təşkili istiqamətində də onlayn formatlı işlər görülür, intellektual yarış və müsabiqələr
keçirilir. Görkəmli Azərbaycan ədibi Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş “Zoom” proqramı vasitəsilə “Realist ədəbiyyatın parlayan ulduzu” adlı onlayn elmi-praktik konfrans, Təhsil Nazirliyinin təşəbbüsü ilə “Evdə qal, təhsildən qalma” layihəsi çərçivəsində universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında onlayn formatda intellektual oyunlar, rəssamlıq, qiraət və ifaçılıq müsabiqələri bu qəbildəndir.
14-15 may tarixlərində keçirilməsi nəzərdə tutulan magistrantların XX Respublika elmi konfransının keçirilmə tarixində koronovirus pandemiyası ilə əlaqədar olaraq dəyişiklik edildi və karantin rejimindən asılı olaraq keçirilmə tarixinin müəyyənləşdirilməsi qərarı verildi.
İclasın sonunda rektor professor Elxan Hüseynov iştrakçılara, eləcə də qlobal koronavirus pandemiyası ilə mübarizə şəraitində onlayn tədrisdə iştirak edən bütün müəllimlərə təşəkürünü bildirdi, tədrislə yanaşı, tələbələrin karantin rejiminin qaydalarına əməl etmələrini tövsiyə etdi.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: “2020-ci il də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacaq”

    İlham Əliyev: “2020-ci il də bir çox sahələri ...

    14-04-2020, 19:40

  • 
  • Azərbaycanda tədris ilinin müddəti uzadılır? - Rəsmi

    Azərbaycanda tədris ilinin müddəti uzadılır? - ...

    14-04-2020, 20:38

  • 
  • Koronavirus pandemiyası nə qədər davam edəcək?

    Koronavirus pandemiyası nə qədər davam edəcək? ...

    16-04-2020, 11:49

  • 
  • Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı əlavə əmr imzaladı

    Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı ...

    24-03-2020, 16:42

  • 
  • Gəncəli Elmira həbs olundu – Vatsap panikası…

    Gəncəli Elmira həbs olundu – Vatsap panikası… ...

    26-03-2020, 23:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu