Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rüşvət almayan və bu iyrəncliyin kökünü kəsməyə çalışan icra başçılarımız da olub Elə, biri də, rəhmətlik SƏRDAR HƏMIDOV!
Rüşvət almayan və bu iyrəncliyin kökünü kəsməyə çalışan icra başçılarımız da olub Elə, biri də, rəhmətlik SƏRDAR HƏMIDOV!
''Bugünlərdə dövlət icra başçılarını həbs etdikcə yadımıza əlbəttə Sərdar Həmidov düşür. Maaş kartlarına tənəzzül edən icra başçıları görürük, sosial yardımları oğurlayan, torpaq zəbt edib başqasının adına özəlləşdirən, obyektlər tikdirən icra başçıları görürük.
Amma 28 il bundan əvvəl Tərtərin bir icra başçısı var idi: Sərdar Həmidov! Bir adamdan rüşvət almayan və rüşvətə imkan verməyən və rayonda rüşvətin kökünü kəsən icra başçısı. Yoxsula kömək edən, dayağı olmayanın dayağı olan icra başçısı..
Müharibə vaxtı Tərtərin işığı keçmirdi, qazı kəsilmirdi. Müharibənin ən şiddətli vaxtında çörəksiz insan qalmırdı. Şəhidinə abidə qoydurur, M.Ə.Rəsulzadənin büstünü ucaldırdı. Düşmənə qarşı şəxsən əlində silah döyüşür və komandiri olduğu batalyonla birlikdə kənd kənd torpaqlarımızı azad edilməsində iştirak edirdi. Bir obyektinin olduğuna şahid olmamışıq!
Müəllimindən maaş tutan, həkimindən "haqq" alan, məmuruna "bu qədər gətirərsən" demirdi. Vətən deyirdi! Bütün tabeçiliyində olanlara isə göstərişi bu idi ki, Əhaliyə, insanlara xidmət edin! Hamı bilirdi Sərdar Həmidovun dediyini yerinə yetirməmək nə demək idi.. Yerin behişt olsun Sərdar BƏY! İndi qədrini daha yaxşı anlayırıq. Sərdar Həmidovu tanıyan hər kəs paylaşsın!''
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?