“Bulvar və parkları may ayında, belə havada bağlı saxlamaq məntiqsizlikdir. Zatən D vitamini istənilən viruslarla mübarizədə önəmli rol oynayır, insan orqanizminə təmiz havada, günəşdə gəzmək ancaq xeyir verə bilər”.
GundemXeber.Az-ın xəbərinə görə, bunu ReAI Partiyanın funksioneri Natiq Cəfərli deyib.
“Kimdir bunlara məsləhət verən?! Sosial məsafə qaydasına uymaqla tək-tək, ya da 2-3 nəfər birlikdə (maska taxaraq) gəzməyin nə ziyanı ola bilər?! SMS-siz bayıra çıxanı cəzalandıra bilirsənsə, parklarda sosial məsafəni pozanı da cəzalandır – daha niyə topdan qadağan edirsən ki?! Yaxşı, Bakıda parka çıxsan yoluxarsan, Yevlaxda, Mingəçevirdə yox?! Məntiqlərinə çoxdan keçə yamamışdım…” – N.Cəfərli qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?