İmişli rayonun keçmiş icra başçısı Vilyam Hacıyevin evindən maddi subut kimi xarici və yerli valyutada müsadirə edilən nağd pulların həcminin nədən elan edilməməsi maraq doğuran və hazırda ən çox müzakirə oluann suallardandır.
Əgər bu şəkil tapılan pulların hamısını özündə əks etdirirsə, onda hesablamalar göstərir ki, orda 2 milyon 480 min dollar, 450 min avro vardır. Əgər evdə xarici valyutada bu qədər vəsait nağd şəkildə gizlədilibsə, heç şübhəsiz ki, xarici və yerli banklarda yerləşdirilən vəsait nağd vəsaitdən dəfələrlə çoxdur. Bundan əlavə pulların ondan da çox hissəsi biznesə və əmlaka yatırılır. Bu hesabla da Vilyam Hacıyevın varidatı ən azından 10 milyonlarla dollarla ölçülə bilər. Bu da büdcə üçün əlavə maliyyə qaynağıdır. Bildiyiniz kimi İlham Əliyev bu ilin 1-cü rübünün yekunlarını həsr olunmuş sosial iqtisadi müşavirədə hökümətə əlavə maliyyə qaynağı axtarmağı tapşırmışdı. Əslində günümüzün əsas sualı icra başçısının bu qədər vəsaiti hardan toplaması olmalıdır. İlkin ittihamlara görə, vəsaitlər rayondakı sahibkarlardan, rayona tikinti-abadlıq işlərinə görə ayrılan dövlət büdcəsi vəsaitlərindən və ödənişli ictimai işlərə görə işsizlər üçün nəzərdə tutulan sosial yardımdan və heç şübhəsiz ki, rayondakı vəzifələrin satılmasından toplanıb. Bu cinayətlər 16 ildir ki, İmişlidə hamının gözünün qabağında baş verirdi. Hazırda başqa rayonlarda da davam edir. Amma danılmaz həqiqət odur ki, bundan vəzifəsininin yüksək və aşağı, varidatının çox və az olmasına baxmayaraq heç kim sığortalanmayıb, sadəcə zamana bağlı məsələdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?