Bir həftə ərzində COVID-19-dan ölənlərin sayı mövsümi qripdən ölənlərin sayından 20 dəfə çoxdur.
Bu qənaətə Harvard və Emori universitetlərinin alimləri gəlib.
Amerikalı alimlər ABŞ-ın Xəstəliyə Nəzarət və Profilaktika Mərkəzinin statistikasını şübhə altına qoyaraq onu yenidən gözdən keçirməyə qərar veriblər. Belə ki, mərkəzin statistikasına görə, ABŞ-da ötən ilin oktyabrından cari ilin aprelinədək 62 min nəfər qripdən ölüb. Bu məlumata inansaq, ABŞ-da qrip ilə COVID-19-dan ölüm səviyyəsi təxminən eyni səviyyədədir (mayın 13-nə olan məlumata görə, 82 min nəfər koronavirus pandemiyasının qurbanı olub).
Ancaq alimlər araşdırmada qrip statistikasının faktiki rəqəmlərə, yəni qripdən ölənlərin sayına yox, güman edilən rəqəmlərə söykəndiyini aşkarlayıblar. Araşdırmaçıların sözlərinə görə, mərkəzin faktiki ölümlər barədə məlumatı yoxdur. Məqalədə qeyd edilir ki, qripdən güman edilən ölüm səviyyəsi ilə COVID-19-dan faktiki ölüm səviyyəsini müqayisə etmək alma ilə portağalı qarşılaşdırmaq kimidir.
Alimlər araşdırma üçün son illər mövsümi qrip dövrlərində qeydə alınmış ən ölümcül həftələr barədə məlumat toplayıblar. Araşdırmaçıların hesablamalarına görə, həftəlik ölüm səviyyəsi 351 (2015-2016-cı illərdəki qrip alovlanması) ilə 1 626 (2017-2018) arası dəyişib. Beləliklə, buradan orta göstərici əldə edilib – 752 ölüm. Alimlər bu məlumatı bir həftə ərzində ABŞ-da qeydə alınan koronavirusun ən ölümcül həftəsi (15 455) ilə müqayisə ediblər.
Əldə olunan nəticəyə görə, COVID-19-dan həftəlik ölüm sayı qripdən 10-40 dəfə çoxdur, yəni ortalama 20 dəfə.
Bununla birgə, alimlər bu rəqəmlərin gerçək görüntüdən fərqlənə biləcəyini də vurğulayıblar. Bir tərəfdən, koronavirusdan ölüm sayı dəqiq olmaya bilər; digər tərəfdən, qripdən ölüm hallarının hamısı qeydə alınmaya bilər, çünki ABŞ-da böyük insanlar arasında qripdən ölüm baş verərsə, bununla bağlı ictimai səhiyyə orqanlarına məlumat verməyə gərək yoxdur. //Report
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?