Vaxtilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiri işləmiş tibb elmlər doktoru işə bərpa ilə bağlı keçmiş iş yerini məhkəməyə verib.
Həsənov Novruz Əhməd oğlu ilk olaraq Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək göstərib ki, işlədiyi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının terapiya şöbə müdiri vəzifəsindən qanunsuz olaraq çıxarılıb. 1-ci instansiya məhkəməsini uduzan həkim Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib və həmin məhkəməni udub. Bundan sonra qarşı tərəf Ali Məhkəməyə kassasiya şikayəti verib. May ayının 20-də hakim Gündüz Quliyevin sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.
Məsələ ilə bağlı xəstəxananın hüquqşünası Gülnarə Rəşidovadan münasibət öyrəndik. Hüquqşünasın sözlərinə görə, qanunda göstərilən yaş senzi ilə əlaqədar olaraq Novruz Həsənovla yeni müqavilə bağlanmayıb: “Belə ki, təqaüdlə bağlı yaş senzi 65 olsa da xəstəxananın rəhbərliyi Novruz həkimin tibb elmlər doktoru olmasını nəzərə alaraq onunla müqaviləni bir neçə il uzatdı və onu işdən çıxarmaq istəmirdi. Sadəcə, Novruz həkimin şöbə müdiri kimi fəlaiyyətinə xitam verdi, adi həkim kimi işləməyinə etiraz edilmədi. Ancaq Novruz müəllim bununla razılaşmayaraq məhkəməyə üz tutdu”. /yenisabah.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?