Xətai rayonunda 2 qardaş külli miqdarda narkotik vasitə ilə həbs edilib.
Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri saxlama, satma) maddəsi ilə təqsirləndirilən Məhərrəmov Səxavət Senzur oğlu və onun qardaşı Namus barəsində Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, narkobaron sayılan 1978-ci il təvəllüdlü Səxavət Məmmədov 2017-ci ildə Hövsan qəsəbəsində işlədiyi marketdə qarın nahiyyəsindən özünə bıçaq zərbəsi vurub. Səbəb kimi isə hüquq-mühafizə orqanlarının onun təqib etməyini göstərib.//yenisabah.az
Sorğu
Yeni dizaynımız necədir?