Lənkəran polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi zərərsizləşdirməyə nail olub.
Virtualaz.org ANS PRESS-ə istinadən bildirir ki, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, 50 yaşlı Zəmanət Sahib qızı Həşimovanın üzərindən 720 qrama yaxın narkotik vasitə olan heron aşkar edilərək götürülüb.
Əməliyyatda iştirak edən baş müstəntiq Famil Həsənovun verdiyi məlumata görə, həmin şəxs şübhəli şəxs qismində tutulub: “Onun barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. Vətəndaş Həşimovanın deməsinə görə, əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə məhkumluq həyatı yaşayıb”.
İlkin istintaqa ifadəsində qadın həmin narkotik vasitəni İran İslam Respublikasının tanımadığı vətəndaşından aldığını bildirib.
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.
Sorğu
Yeni dizaynımız necədir?