GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mətbuat Şurasının Ali Media Mükafatı kimlərə verilib ? — Maraqlı qaliblər, təzadlı məqamlar

Mətbuat Şurasının Ali Media Mükafatı kimlərə verilib ? — Maraqlı qaliblər, təzadlı məqamlar

Tarix: 21-05-2020, 11:39 Bölmə :Cəmiyyət Baxış: 345
Mətbuat Şurasının Ali Media Mükafatı kimlərə verilib ? — Maraqlı qaliblər, təzadlı məqamlar


“Qonşuda bişər, bizə də düşər” – Bu dəfə Mətbuat Şurasında “bişib”, Əli Həsənovun payına düşüb

Jurnalistika sahəsində həm adı, həm də məbləğinə görə sanballı mükafatlardan biri hesab olunan Ali Media Mükafatının təsis edilməsindən 10 il ötür. Xatırladaq ki, Prezident İlham Əliyevin 2010-cu ildə “Azərbaycan mili mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” imzaladağı sərəncamla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF və Mətbuat Şurasının (MŞ) üzərində müvafiq öhdəliklər qoyulub. Və bu öhədlikdən irəli gələrək, Mətbuat Şurası İdarə heyətinin 6 iyul 2010-cu il tarixli iclasının qərarı ilə Ali Media Mükafatı təsis olunub.

Mətbuat Şurasının Ali Media Mükafatı kimlərə verilib ? — Maraqlı qaliblər, təzadlı məqamlar


Ali Media Mükafatının Əsasnaməsində göstərildiyi kimi, mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir. Əsasnamadə, həmçinin, qeyd olunur ki, hər il 22 iyul Milli Mətbuat Günü ərəfəsində təqdim olunması nəzərdə tutulan mükafatın üç dərəcəsi və birinci dərəcə üzrə bir, ikinci dərəcə üzrə iki, üçüncü dərəcə üzrə beş laureat müəyyənləşdirilə bilər. Ali Media Mükafatının üçüncü dərəcəsi üzrə laureatların hər birinə 1000, ikinci dərəcəsi üzrə 2000, birinci dərəcə üzrə laureatın isə 5000 manat pul mükafatı nəzərdə tutulub.

Maraqlıdır, bu illərdə kimlər və hansı xidmətlərinə görə, Ali Media Mükafatına layiq görülüb? Suala cavab tapmaq məqsədilə kiçik araşdırma apardıq.

Məlum oldu ki, 2010-cu ildə Ali Media Mükafatının ilk laureatları – I dərəcə üzrə Milli mətbuat tarixinin öyrənilməsində və jurnalistika sahəsindəki uzunmüddətli pedaqoji fəaliyyətə görə Şirməmməd Hüseynov, II dərəcə üzrə Azərbaycan mediasının saflığı uğrundakı xidmətlərinə və bu maqsədlə apardığı mübarizədəki prinsipial mövqeyinə görə Bəxtiyar Sadıqov və Vüqar Rəhimzadə, III dərəcə üzrə isə media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə Rizvan Cəbiyev, Yusif Kərimov, Mədinə Həsənova, Məzahir Süleymanzadə və Ziyəddin Sultanov olub.


2011-ci ildə isə I dərəcə üzrə, mətbuat tarixinin öyrənilməsindəki səmərəli elmi fəaliyyətinə görə iki nəfər – Şamil Vəliyev və Nəsiman Yaqublu, II dərəcə üzrə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Aslan Aslanov, Rauf Arifoğlu, Əhməd İsayev, III dərəcə üzrə, Azərbaycan mətbuatındakı səmərəli fəaliyyətinə görə, Tahir Aydınoğlu, Flora Xəlilzadə, Məzahir Əhmədoğlu, Arzu Şirinova, Azərbaycan həqiqətlərinin xarici ölkələrdəki təbliğinə görə İlqar Hüseynov Ali Media Mükafatı alıb.

Mətbuat Şurasının Ali Media Mükafatı kimlərə verilib ? — Maraqlı qaliblər, təzadlı məqamlar


2012-ci ildə Ali Media Mükafatının I dərəcəsinə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, Müasir mətbuatın inkişafına görə olan II dərəcəsinə Vüsalə Mahirqızı, Elçin Şıxlı və Rəşad Məcid, III dərəcəsinə isə Tofiq Yusifov, Hikmət Babaoğlu, Akif Aşırlı, Natiq Məmmədli, Əminə Yusifqızı layiq görülüb.


2013-cü ildə I dərəcə üzrə Cahangir Məmmədli, II dərəcə üzrə Elçin Mirzəbəyli, Bəhruz Quliyev, Tapdıq Abbas, III dərəcə üzrə isə Yusif Rzayev, Bəxtiyar Qaraca, İlqar Rüstəmov, Xalid Niyazov, Üsaməddin Əhmədov Ali Media Mükafatının laureatı olub.

Mətbuat Şurasının Ali Media Mükafatı kimlərə verilib ? — Maraqlı qaliblər, təzadlı məqamlar


2014-cü ildə I dərəcəli Ali Media Mükafatı heç kimə verilməyib. Mükafatın II dərəcəsinə isə Eynulla Fətullayev, Aynur Camalqızı, və Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzeti, III dərəcəsinə isə Rüstəm Məlikov, Eldəniz Həsənov, Amil Novruzov, Şakir Yaqubov, Hidayət Elvüsal, İlqar Həsənov və “Azərbaycan müəllimi” qəzeti layiq görülüb.


2015-ci ildə I dərəcə üzrə, Azərbaycan mətbuat irsinin qorunmasındakı xidmətlərinə görə “Kaspi” qəzeti, II dərəcə üzrə, Azərbaycana qarşı aparılan anti-təbliğatla fəal mübarizəyə görə Aydın Quliyev və Müşfiq Ələsgərli mükafatlandırılıb. III dərəcə üzrə, Azərbaycanın mətbu irsinin öyrənilməsindəki xidmətlərinə görə Esmira Cavadova, Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Bahəddin Həziyev, Türk dünyasının media qurumları ilə səmərəli əməkdaşlığın qurulmasındakı xidmətlərinə görə İlqar İlkin, “Gürcüstanın azərbaycanlı jurnalistləri” kitabına görə Nizami Məmmədov və Mahmud Kamal, Azərbaycan həqiqətlərinin dünyada təbliğindəki xidmətlərinə görə “CBC” telekanalı Ali Media Mükafatı ilə təltif olunub. Həmçinin I Avropa Oyunlarının təşkilindəki xidmətlərinə görə “UBM Group” şirkətindən Ülviyyə Məmmədova Ali Media Mükafatının xüsusi dərəcəsi ilə təltif edilib.

2016-cı ildə I dərəcə üzrə, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə Sona Vəliyeva, II dərəcə üzrə, Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə Umud Rəhimoğlu, media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə Müsəllim Həsənov, III dərəcə üzrə Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Seyfəddin Hüseynli, Azər Ayxan, Aida Eyvazova, Rəfiqə Sadıqova və Rəşid Hüseynov laureat olub.


Ali Media Mükafatının 2017-ci ildə qalibləri isə I dərəcə üzrə, Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə Telli Pənahqızı, II dərəcə üzrə Azərbaycan mediasında uzunmüddətli səmərəli fəaliyyətinə görə Qabil Abbasoğlu, Xaricdə Azərbaycan həqiqətlərinin media müstəvisindəki təbliğinə görə Azər Həsrət, III dərəcə üzrə, Gürcüstanla Azərbaycan arasında media sahəsindəki əməkdaşlıqda fəal təşəbbüskarlığına görə İslam Əliyev, mətbuat sahəsində səmərəli elmi təqdiqatlarına, mətbu irsimizin öyrənilməsindəki xidmətlərinə görə Qərənfil Dünyaminqızı, Azərbaycan mediasında uzunmüddətli səmərəli fəaliyyətinə görə İsmayıl Hacıyev, Aprel şəhidi, polkovnik Raquf Orucovdan bəhs edən “Murov qartalı” kitabına görə Elşən Əliyev və Elxan Salahov, Bölgə mətbuatının inkişafındakı xidmətlərinə və 70 illik yubileyinə görə “Mingəçevir işıqları” qəzeti olub.

2017-nin qalibləri 2018-ci ilin mart ayının 14-də, Mətbuat Şurasının 15 illik yubileyi ilə bağlı keçirilən mərasimdə təqdim olunub. O zamandan sonra isə Ali Media Mükafatı heç kimə verilməyib.

Ali Media Mükafatının çox da uzaq olmayan tarixinə nəzər yetirdikdə bir sıra məqamlar sual doğurur:

– Hansı səbəbdən Ali Media Mükafatının 2018 və 2019-cu illər üzrə laureatı olmayıb?

– Ali Media Mükafatının Əsasnaməsinin 4.3.2 bəndində qeyd olunur ki, birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 3, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilə bilər. Ancaq 2011-ci ildə Mükafatın birinci dərəcəli iki laureatı olub. Həmçinin mükafatın məqsədinin jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsindən ibarət olduğu halda, I Avropa Oyunlarının təşkilindəki xidmətlərinə görə “UBM Group” şirkəti xüsusi dərəcəsi ilə təltif olunub. MŞ niyə mükafatın əsasnaməsini pozub?

– Mükafatın 2014-cü ildə birinci dərəcəli laureatının olmamasının səbəbi nə olub? Olmaya ölkədə bu yerə layiq jurnalist tapılmayıb?

– Necə olub ki, Ali Media Mükafatı ard-arda iki il, 2015 və 2016-cı illərdə Əli Həsənovun ailəsinin qismətinə düşüb?

– O cümlədən bu il mükafatın verilməsi nəzərdə tutulurmu?


Bu və mövzu ilə bağlı digər sualların cavabını isə növbəti yazımızda oxuya biləcəksiniz.

Ardı var…//Konkret.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Adımın Əli Həsənovla, Vüqar Səfərli ilə bərabər çəkilməsindən narahatlığım yoxdur" — Əflatun Amaşovla MÜSAHİBƏ

    "Adımın Əli Həsənovla, Vüqar Səfərli ilə ...

    21-05-2020, 11:33

  • 
  • PA-nın sektor müdiri: “Media dövlətin təhlükəsizliyini diqqətdə saxlamalıdır”

    PA-nın sektor müdiri: “Media dövlətin ...

    4-02-2014, 12:44

  • 
  •  Əli Həsənovun qara günləri qabaqdadır... - Amaşov və Səfərli “xaç atalarının” adını dilə gətirməyə məcbur olacaqlar

     Əli Həsənovun qara günləri qabaqdadır... - ...

    8-05-2020, 16:41

  • 
  • Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının tərkibi dəyişdirildi

    Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına ...

    6-06-2017, 01:11

  • 
  • "KİVDF-yə ayrılmış milyonlar Əli Həsənov tərəfindən idarə olunub" — "Həmin vəsaitlərin hara xərclənməsi bilinməlidir"

    "KİVDF-yə ayrılmış milyonlar Əli Həsənov ...

    21-04-2020, 15:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu