Xəbər verdiyimiz kimi Azərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Əgər bu dinamika davam etsə, iyun ayında karantin rejimi ləğv edilə bilərmi?
GundemXeber.Az bildirir ki,bBununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, karantin rejiminin ləğvi barədə danışmaq tezdir: “Sadəcə yumşaldılması və uzadılması mümkündür. Çünki bu hal dünyəvidir. Biz karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik. Ümumiyyətlə sərhədlərin açılması bizim maraqlarımıza uyğun deyil. Çünki bu virusa tutulan insan ölkəmizə gələrək yenidən koronavirusun Azərbaycanda alovlanmasına səbəb ola bilər. Bu baxımdan da biz daxildə karantin rejimini yumşalda və ya sərtləşdirə bilərik. Karantin rejiminin ləğvi qeyri-sağlam addımdır. Biz bunu qorumalıyıq. Əgər bu gün yollar bağlıdırsa, bu, insanlarımızın sağlamlığının xeyirinədir. Amma müəyyən məsələlərdə yumşalma barədə düşünmək olar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?