Arizona ştat polisi Feniks şəhərinin şimal-qərbindəki Qlendeyl şəhərindəki məşhur ticarət mərkəzinin yaxınlığında baş verən atışma nəticəsində 3 nəfərin yaralandığını, yaralananlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.
Qlendeyl polis idarəsinin sözçüsü Tifani Ngalula jurnalistlərə açıqlamasında çərşənbə axşamı son atəşlərdən sonra Vestgeyt kompleksində silahlı hücum həyata keçirməkdə şübhəli bilinən şəxsin qısa müddətdə ələ keçirildiyini deyib.
Polis ağır yaralanan şəxsin xəstəxanaya aparıldığını, yaralanan digər iki polis əməkdaşının həyati təhlükəsi olmadığını bildirib.
Arizona senatoru Martin Gesada atışmanın şahidi olduğunu deyib. Gesada Tvitter səhifəsində hücum edən şübhəlini və iki yaralını öz gözləri ilə gördüyünü yazıb.
Polis şübhəlinin hansı silahdan istifadə etdiyi barədə məlumat verməyib. Hücumun motivləri də məlum deyil.
Ştat qubernatoru Doq Dyusinin ofisi Qlendeyl rəsmiləri ilə təmasda olduğunu və hadisəni yaxından izlədiyini bildirib.
Vestgeyt ticarət mərkəzi `Arizona Cardinals` futbol komandası və `Arizona Coyotes` xokkey komandasının arenalarını əhatə edən kompleksin bir hissəsidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?