GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Düşmənin Ramil Səfərova münasibəti bəlli, “bizimkilər”niyə zabitimizi hədəfə alıb

Düşmənin Ramil Səfərova münasibəti bəlli, “bizimkilər”niyə zabitimizi hədəfə alıb

Tarix: 27-05-2020, 22:19 Bölmə :Cəmiyyət Baxış: 331
Düşmənin Ramil Səfərova münasibəti bəlli, “bizimkilər”niyə zabitimizi hədəfə alıb


Düşmənin Ramil Səfərova münasibəti bəlli, “bizimkilər”niyə zabitimizi hədəfə alıb

Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərardan sevinən “azərbaycanlılar”; onların məram və məqsədi nədir?; ekspertlərimiz deyir ki, kimsə Ramil Səfərovun əməlində Azərbaycanın imicinə ciddi zərbə dəydiyini düşünürsə, yanılır
Mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edən Avropa İnsan Haqları Məhkəməsi (AİHM) də Ermənistanın işğalçılıq siyasətinə öz “töhfəsini” verdi. Ermənilərin Azərbaycana və Macarıstana qarşı iddiası əsasında çıxarılmış qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır.

AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyiblər. Qərara əsasən, Azərbaycan ərizəçilərə 15 min 143,33 funt strerling təzminat ödəməlidir. Düzdür, ermənilərin digər iddiaları rədd edilib. Ancaq istənilən halda baş vermiş hadisənin əsasında Ermənistanın işğalçılıq siyasətinin dayandığı, R.Səfərovun məhz işğal olunmuş bölgədən olduğu, ailəsinin də işğaldan ağır zərbələr aldığını, həmçinin qətlə yetirilən Qurqen Markaryanın zabitimizə, dövlətimizə və bayrağımıza həqarət etməsi faktları unudulmamalı idi. Digər tərəfdən, Ermənistana qarşı illərdir çıxarılan məhkəmə qərarının yerinə yetirilməməsi də gerçəklidir.

2006-ci il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunan R.Səfərovu Macarıstan hökuməti 2012-ci ildə Azərbaycanın müvafiq müraciəti üzrə Azərbaycana təhvil verib, o, Azərbaycanda əfv olunub.

Artıq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirib. XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, onlar Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvafiq qərarı ilə tanış olublar.

“Əlbəttə, qərarla bağlı konkret fikir söyləmək üçün onun hüquqşünas ekspertlər səviyyəsində öyrənilməsi vacibdir, bununla belə qərarla bağlı müşahidələri bölüşmək olar. İlk növbədə nəzərə almaq lazımdır ki, bu gün bölgəmizin həm millətlər, həm də fərdlər səviyyəsində üzləşdiyi ağrı və iztirablarının kökündə, məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində qurumuş düşmən siyasəti və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dayanır. Hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəblərini təhrif etməklə işğalçı Ermənistan, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpaqlarının davam edən qanunsuz işğalı və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır. Lakin elə AİHM-in 2015-cı ilin 16 iyun tarixli “Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunur. Ermənistan həqiqətən insan hüquqları və azadlıqlarına sözdə bəyan etdiyi qədər əhəmiyyət yetirir və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman bu ölkə 30 ildən bəri davam edən, Azərbaycan torpaqlarının işğalına və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Habelə, AİHM-in 2015-ci il Çıqarovların işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur”, - deyə XİN rəsmisi vurğulayıb.

Abdullayeva qeyd edib ki, Ermənistanın Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyəti və bu qurumu siyasiləşdirmək və təbliğat kampaniyasına cəlb etmək cəhdləri rədd olunmalıdır.

Ermənilərin və bizə dost olmayanların apardığı R.Sədfərov mövzusu ilə bağlı qarayaxma kampaniyası anlaşılandır, onlardan ayrı münasibət gözləmirik. Ancaq çox təəssüf ki, zabitimizi daha çox Avropaya sığınan "azərbaycanlılar" və onların ölkəmizdəki həmfikirləri vurur. Ən həssas məqamlarda Avropadakı satqın şəbəkəsi ölkəmizlə bağlı xəyanətkar mövqe tutur.

Milli Məclisin komitə sədri Tahir Mirkişili Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarı ilə bağlı yayılan informasiyanın düzgün olmadığını bildirib. Yenisabah.az xəbər verir ki, millət vəkili məhkəmənin qərarının cəmiyyətə səhv çatdırıldığını qeyd edib: “Yalandır! Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarında Azərbaycanın heç bir təzminat ödəməsindən söhbət getmir!” T.Mirkişili qeyd edib ki, məhkəmə qərarındakı 15 min funt vəkillərin və məhkəmənin əməliyyat xərcidir. “Ermənistan Ramil Səfərovun əfv fərmanının ləğv edilməsini və yenidən məhkəmə qurulmasını tələb edirdi, amma olmadı... Ermənistan aydındır, bu, “bizimkilər” nə istəyir? Onlar nəyi və haranı işğal etmək istəyirlər?”-komitə sədri sual edib.

Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev “Yeni Müsavat”a dedi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Ramil Səfərov haqqındakı qərarı ciddi müzakirə olunmaqdadır: “Çox təəssüflər olsun ki, müzakirələrdə AİHM qərarının mahiyyətinə varmadan kimin kimdən xoşu gəlmirsə içini tökür onun üzərinə. Ramil Səfərov mənə görə tərif və ya tənqid hədəfi deyil.Törətdiyi əməli də qınamıram. Ona görə ki, hər bir vicdanlı, vətənini sevən, torpağı işğsl altında olan Azərbaycanlıya qarşı hər hansı bir erməni tərəfindən alçaldıcı hərəkətlər edilərsə və azərbaycanlı əsəblərini cilavlaya bilməyib cinayət törədərsə, mən onu qınamaz, başa düşər və bağrıma basaram. Çünki onun törətdiyi cinəyət ümuəm millətimizin qüruruna qarşı yönəldilmiş bəşəriyyətə, insanlığa qarşı daha ağır cinayətlər silsiləsinin törədilməsini dayandırıb Azərbaycan da Ramil Səfərovu doğru olaraq qucaqlayıb, ona sahib çıxıb və vətənə gətirilməinə nail olubdur. Alqışlanmalıdır!!! Avropa Məhkəməsinin qərarında isə Konvensiyanın 2-ci maddəsinin ( yaşamaq hüququndan mərhum etmə) və 14-cü maddəsinin ( ayrıseçkilik) pozulduğu qeyd olunub. Konvensiyanın 2-ci maddəsinin pozulduğu məlumdur və buna görə Ramil Səfərov cəza alıb. Özü də törətdiyi cinayəti etiraf edib, mötivlərini göstərib və qınalınası heç bir səbəb yoxdur”. F.Hacıyev qeyd etdi ki, Konvensiyanın 14-cü maddəsinin poulması onun fikrincə, mübahisəlidir: “Çünki, Ramil Səfərovu Macarıstan məhkəməsi mühakimə edib. Cəzasının bir qismini çəkdikdən sonra Azərbaycan hökuməti onun cəzasını Azərbaycanda çəkməsi üçün ölkəyə gətiriməsinə nail olubdur. Ölkəyə gətirildikdən sonra ölkə başçısı səlahiyyətlərindən istifadə edərək onu əfv edib. Hesab edirəm ki, seçicilərin mütləq çoxluğunun arzusunu həyata keçiri”. F.Hacıyev təzminat məsələsinə orijinal yanaşma sərgilədi: “AİHM-inin qərarına əsasən, ermənilərə 15 143,33 funt sterlinq ödəniləcək. Olsun, yaxşı praktikadı. Hazırlıqlı erməni canisinin dəyəri budursa, bizi qane edir!”

Həmsöhbətimiz azərbaycanlıların da qaralama prosesində iştirakından danışarkən dedi ki, əslində o bu məsələdə tərəf olmaqdan çox, insanların qavrama və düşüncə tərzini qabartmağın tərəfdarıdır: “Kimsə Ramil Səfərovun əməlində Azərbaycanın imicinə ciddi zərbə dəydiyini düşünürsə, məncə, yanılır. Qisas hissi insana aid olan xüsusiyyətdir və bu hiss dünyanın bütün halqlarına aiddir. İnsan yaddaşının qisas hissi ölərsə, qürür, mənlik də ölər ki, nəticədə millətin qüruru ölmuş olar. Amerikalı, avropalı, rusiyalı, azərbaycanlı olmasından asılı olmayaraq. insanlarda olan qisas hissinə - əgər insan qüruru alçaldılarsa - hörmət edilməlidir”.

Politoloq Elçin Mirzəbəyli isə bu qənaətdədir ki, Ramil Səfərova qarşı hücumlar bir qayda olaraq, ermənilərlə sinxron olaraq təşkil edilir: “Bu prosesesdə xaricə sığınan azərbaycanlıların və onlarla eyni mərkəzdən idarə olunan Azərbaycanın radikal müxalifət düşərgəsindəki bəzi tör-töküntülərin vahid platformadan çıxış etmələrini də təbii qəbul etmək lazımdır. Çünki onlara buna görə pul verir və qoruyub saxlayırlar. Ramil Səfərov ermənilərin və onları himayə edənlərin əlində Azərbaycanlıların “qaniçən”, “vəhşi” obrazının yaradılması üçün bir vasitədir. Və bundan da maksimum istifadə etməyə calışırlar”.

E.Mirzəbəyli ardınca bildirdi: “Vaxtilə Əli Kərimli Brüsselə son səfəri zamanı görüşlərindən birində rəsmən bəyan etmişdi ki, Azərbaycanda indiki iqtidarın hakimiyyətinin davam etməsi sülhə təhlükədir. Və qeyd etmişdi ki, yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Göründüyü kimi bu yanaşma Dağlı Qarabağ münaqişəsinin bilərəkdən və ermənilərin xeyrinə təhrif edilməsinə xidmət edir. Yəni eyni tezislər həm ermənilər, həm də Əli Kərimli tərəfindən dilə gətirilir. Çünki bu tezislər vahid mərkəzdə hazırlanaraq hər iki tərəfə ötürülüb. Ramil Səfərovla bağlı məsələ də bu qəbildəndir”.

Politoloq Elxan Şahinoğlu isə Musavat.com-a dedi ki, R.Səfərovla bağlı Avropa Məhkəməsinin qərarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur: “Ramil Səfərov 8 il Macarıstan həbsxanasında yatıb. Onun yerində kim olsaydı, Azərbaycan bayrağını təhqir edən şəxsi cəzalandırardı. O da bayrağımıza həqarət edən şəxsin hərəkətlərinə dözməyib bu addımı atmışdı və 8 il həbsxanada yatıb. Azərbaycana ekstradisiya olunandan sonra isə Prezident haqlı olaraq onu əfv edib. Bunun alternativi yox idi. Üstündən 8 il keçdikdən sonra ermənilərin hərəkətlərinin Azərbaycan üçün heç bir mənası yoxdur”. E.Şahinoğlu qeyd etdi ki, onsuz da ermənilərin iddialarının çox hissəsi məhkəmə tərəfindən yerinə yetirilməyib: “Qərarda yalnız təzminat məsələsi var. Başqa heç bir iddia təmin olunmayıb”. Politoloq azərbaycanlılar arasında da R.Səfərovu tənqdi edənlərin olduğunu qeyd etdi: “Şəxsən mən hesab edirəm ki, Ramil Səfərov doğru hərəkət edib”.

Bəli, ən azı Qarabağ işğaldan azad edilənədək Ermənistanı və işğalçı ölkənin adına bağlı olan hər hansı iddianın təmin edilməsi qəbulolunmazdır. Milyondan çox azərbaycanlının minimal haqları belə, təmin olunmadığı halda, Ermənistandan göndərilən iddialara haqq qazandırmaq elə işğala verilən stimuldur. Bu kimi hallarda “bizimkilər”in də markaryanlara və onun tör-töküntüklərinə dəstək vermələri, doğulduğu Cəbrayıl torpağı erməni tapdağında olan Ramil Səfərovun Azərbaycanın imicini “zədələdiyi” barədə gülünc iddialar səsləndirməsi ən azı “erməni dəyirmanına su tökmək”dir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa İnsan Haqları Məhkəməsi Ramil Səfərov ilə bağlı qərar verdi

    Avropa İnsan Haqları Məhkəməsi Ramil Səfərov ilə ...

    26-05-2020, 13:42

  • 
  • “Avropa Məhkəməsinin qərarında hər hansı kompensasiya müəyyən edilməyib” - RƏSMİ

    “Avropa Məhkəməsinin qərarında hər hansı ...

    27-05-2020, 12:30

  • 
  • Ramil Səfərov zabit mundirində - FOTO

    Ramil Səfərov zabit mundirində - FOTO ...

    13-12-2013, 15:09

  • 
  • Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı - Şikayətçi ABŞ vətəndaşıdır

    Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı - ...

    2-06-2018, 12:38

  • 
  • Avropa Məhkəməsi İlqar Məmmədovun 2-ci ərizəsi üzrə qərarını elan edəcək

    Avropa Məhkəməsi İlqar Məmmədovun 2-ci ərizəsi ...

    30-10-2017, 18:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu