Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarına əsasən, Ermənistanın Ədliyyə Nazirliyi “Aqanikyan Ermənistana qarşı” işi üzrə 865 avro kompensasiya ödəyəcək.
Şikayətçi 1953-cü il təvəllüdlü Hrayr Aqanikyan ABŞ vətəndaşıdır və hazırda İrəvanda həbsdədir. 2004-cü ilin dekabr ayında fırıldaqçılıq və qəsb etmə ittihamı ilə ona qarşı cinayət işi açılıb. 2 aprel 2012-ci ildə Aqanikyan məhkəmə prosesinin uzun sürməsi ilə balı Avropa Məhkəməsinə şikayət ünvanlayıb.
O, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin, ədalətli məhkəmə araşdırması və məhkəmənin əlçatan olması hüququnun pozulduğundan şikayət edib.
AİHM Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini pozduğuna görə, Ermənistan hökümətinin şikayətçiyə kompensasiya ödəməsinə dair hökm verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?