4 ildir ki, Göyçayda qətl hadisəsi baş verib, amma nə həbs olunan var, nə də ki, cinayət məsuliyyətinə cəlb olunan...
Tam 4 il əvvəl Göyçay-Ucar yolunun kənarında Potu kənd ərazisində yerləşən "Şam bağı" adlı kafedə Potu kənd sakini Əhmədov Bəxtiyar Əliyar oğlu 20 nəfər şəxs arasında döyülərək öldürülüb. Bu hadisədən sonra Göyçay rayon prokurorluğu həmin kafenin sahibi Rəhimova Esmira Məhəmməd qızı barəsində cinayət işi başlamışdır. Hadisənin ilk ehtimalına görə Esmira Rəhimova 29 may 2016-cı il tarixdə həmin kafedə sərxoş vəziyyətdə olan Göyçay rayonu Potu kənd sakini Əhmədov Bəxtiyar Əliyar oğlunu küt alətlə döymüş, ağır yaralamış və nəticədə B. Əhmədov bir-neçə gün sonra dünyasını dəyişmişdir.
Deməli, sözügedən hadisəyə görə E. Rəhimova bir neçə instansiya məhkəməsinin hökm və qərarları ilə bəraət almış, amma həqiqi cinayətkarın tapılması üçün məhkəmə tərəfindən xüsusi qərardad çıxarılaraq prokurorluq orqanına göndərilmişdir. 4 il keçməsinə baxmayaraq, bu günə qədər həmin qətl hadisəsinə görə heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb.
Cənab Baş Prokuror Kamran Əliyev! "Mən vurmadım, sən yıxılmadın, bəs Bəxtiyar Əhmədovu kim öldürüb?"
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?