GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qondarma “DQR”-də atası azərbaycanlı olan general nazir təyin olundu

Qondarma “DQR”-də atası azərbaycanlı olan general nazir təyin olundu

Tarix: 30-05-2020, 11:53 Bölmə :Cəmiyyət Baxış: 1 340
Qondarma “DQR”-də atası azərbaycanlı olan general nazir təyin olundu


Azərbaycan Respublikasının ermənilərə işğal etdirilmiş torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejiminin bu günlərdə Şuşada and içmiş yeni liderinin sərəncamı ilə qondarma qurumun qanunsuz “təhlükəsizlik xidməti”nin direktoru general-mayor Kamo Ağacanyan təyin olunub.

Xankəndidəki nəşrlərin yaydığı məlumata görə, bundan az əvvəl K.Ağacanyan separatçı rejimin “polis” rəisinin müavini vəzifəsini təyin edilmiş olub.

Qondarma “DQR”-də atası azərbaycanlı olan general nazir təyin olundu


Xatırladaq ki, hələ 2018-ci ilin ilin iyununda, N.Paşinyanın Ermənistanda hakimiyyətə gəlişindən sonra rejimin “polis rəisi” vəzifəsindən istefa vermiş K.Ağacanyanı o vaxtkı separatçı lider Bako Saakyan özünün xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin etmişdi. Həmin vaxt Moderator.az Kamo Ağacanyanın azərbaycanlı qanı daşıması haqda araşdırma təqdim edib.

Bu haqda məlumatı Qarabağ qazisi, keçmiş Xocavənd taborunun fəal döyüşçülərindən biri, Xocavənd rayonunun Axullu kənd sakini Ayxan Sadiq vermişdi. Aktuallığını nəzərə alıb Qarabağ qazisinin açıqlamasını və Azərbaycan Respublikası torpaqlarının 20 faizinin təhlükəsizliyinə nəzarət edəcək dönük azərbaycanlı haqqında digər məlumatları təkrar dəyərli oxucularımızın nəzərinə çatdırırıq: “Hazırda qondarma “DQR”-in “daxili işlər naziri” statusunda olan Ağacanyan Kamo Akbaroviçi uşaqlıqdan tanıyırıq. O, Xocavənd rayonunun Edilli kəndindindəndir. Bu məntəqə keçmisdə Hadrut rayonuna aid idi. Edilli ilə bizim Axullu kəndi bitişik idi, Axulluda azərbaycanlılar yaşayırdı.

Qondarma “DQR”-də atası azərbaycanlı olan general nazir təyin olundu


Amma Axulluda məktəb yox idi deyə, biz də Edilli orta məktəbində erməni uşaqlarla bir oxuyurduq. Həmin dövrdə bir yerdə oxuyanlar Kamonu yaxşı tanıyırlar.
Kamo Ağacanyan 1988-ci ilədək sənəddə Kərimov Kamo Əkbər oglu olub. Atası Kərimov Əkbər təmiz Azərbaycan türküdür. Amma Əkbər kişinin arvadı, yəni, Kamonun anası erməni idi. Beləliklə, 1988-ci ildə o, ata adını və soyadını dəyişib. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra o, Kamo Ağacanyan Akbaroviç kimi ortaya çıxıb və erməni quldurlarına qoşulub. Azərbaycana qarşı döyüslərdə fəal istirak edib. Elə bu fəallığına görə də sonradan vəzifələrə yüksəlib…”

Araşdırmamız nəticəsində bəlli oldu ki, həqiqətən 2013-cü il martın 25-dən “prezident ” Bako Saakyanın əmri ilə Kamo Ağacanyan DQR” rejiminin “polis rəisi” vəzifəsinə təyin olunub. Bu təyinata qədər isə K.Ağacanyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun komandiri olub. Elə həmin il oktyabrın 23-də İrəvanda Ermənistan və “DQR” polislərinin birgə kollegiya yığıncağında “DQR” “polis rəisi” K.Ağacanyan Ermənistan Respublikası polis rəisi Vladimir Qasparyanın əmri ilə “Asayişin möhkəmlənməsinə görə” medalı ilə təltif edilib. Amma istər rus, istərsə də erməni mənbələrində “DQR” “polis rəisi”nin atası barədə ətraflı məlumat yoxdur. O, sadəcə, “Ağacanyan Kamo Abqaroviç” kimi göstərilir. 1971-ci ildə doğulduğu kənd isə Edilli yox, “Uxtadzor” kimi qeyd edilir (Öyrəndik ki, ermənilər işğaldan sonra Edilli kəndinin adını “Uxtadzor” qoyublar). Və həmin kənd məktəbini 1989-cu ildə bitirərək 1991-ci ildən “erməni özünümüdafiə dəstələrinə” qoşulduğu, Qarabağdakı döyüçlərdə fəal iştirak etdiyi və 2004-cü ildə polkovnik rütbəsi aldığı bildirilir.

Qondarma “DQR”-də atası azərbaycanlı olan general nazir təyin olundu


Erməni dilini mükəmməl bilən araşdırmaçı-jurnalist Şahin Qocayevin vasitəsilə ermənicə mənbələri də araşdırdıq. Həmin mənbələrdə də yalnız Kamo Ağacanyanın “Hadrut” rayonunda doğulması qeyd edilir, atasının adı çəkilmir. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, 2013-cü il martın 21-də Ermənistan prezidenti S.Sərkisyan K.Ağacanyanı 1-ci Ordu Korpusu komandirliyindən öz əmri ilə, heç bir şərh vermədən (?) azad edib. Bunun səbəbini erməni “KİV-ləri də araşdıra bilməyib…”
Onu da xatırladaq ki, Moderator.az bir neçə gün öncə separatçı rejimin “baş diplomatı” vəzifəsinə yenidən Masis Mailyanın, “təhlükəsilik xidməti”nin rəhbəri vəzifəsinə isə Kamo Ağacanyanın təyin olunacağı haqda xəbər vermişdi.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağın istefa vermiş “polis rəisi” azərbaycanlı çıxdı!.. - Kərimov Kamo Əkbər oğlu...

    Qarabağın istefa vermiş “polis rəisi” ...

    7-06-2018, 12:47

  • 
  • Azərbaycan xalçaları Şuşada turistlərə erməni xalçaları kimi təqdim olunur

    Azərbaycan xalçaları Şuşada turistlərə erməni ...

    25-08-2013, 22:11

  • 
  • Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı

    Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, ...

    13-12-2018, 11:30

  • 
  • Ermənilər Qarabağda müharibə hazırlığına başlayıb - GƏLİŞMƏ

    Ermənilər Qarabağda müharibə hazırlığına başlayıb ...

    1-07-2019, 14:03

  • 
  • Erməni gənclər Azərbaycan torpaqlarında növbəti kütləvi yürüşə başladı- Şuşa- Laçın-...-İrəvan...- FOTO

    Erməni gənclər Azərbaycan torpaqlarında növbəti ...

    2-09-2019, 12:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu