İyunun 1-də gecə saat 04 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
İlkin araşdırmalarla həmin gün saat 03 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?