Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
Bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Qərara əsasən, 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş təsdiqlənib. Qərar iyunun 3-də Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib. Qeyd edək ki, əvvəllər Azərbaycan vətəndaşları Türkiyədə 30 gün vizasız qala bilirdilər. //report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?