Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.
Hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev reanimasiya şöbəsində ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. /apa
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?