Bu həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması təklif olunub.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:
"Şənbə və bazar günləri bütün ticarət obyektləri, ərzaq mağazaları, marketlər tam bağlı olacaq. Bəlkə, növbətçi apteklər fəaliyyət göstərdi. Vətəndaşlar təşvişə düşməsin, qadağa cəmi iki gün olacaq. Fəaliyyəti zəruri olan sahələrdə işləyənlərə icazə veriləcək. Onlara SMS vasitəsilə icazə veriləcək. Yalnız xüsusi sağlamlıq hallarında çıxmağa icazə veriləcək. İctimai və şəxsi nəqliyyatdan istifadə tam qadağan olunacaq.
Daha sərt karantin qaydalarının tətbiq edilməsi barədə fikrimiz, arzumuz yoxdur".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?