Kolorado ştatı Amerikanın marixuana narkotikinin yalnız tibbi məqsədlərlə deyil, bütün məqsədlərlə satışına icazə verən ilk ştatına çevrilə bilər. Belə ki, ştat rəhbərliyi insanlara əyləncə məqsədilə də narkotik satılmasına icazə verməyi planlaşdırır, Belə bir qanun artıq marixuana satışının qanuniləşdirilməsi adı altında ştat Konqresində səsverməyə çıxarılacaq. Belə bir satışa görə 25%-lik vergi tətbiqi nəzərdə tutulub. Bu vergini ödəyən şəxslər rahat şəkildə narkotiki sata biləcəklər. Xatırladaq ki, sözügedən ştat artıq marixuananı şəxsi məqsədlər üçün əldə etməyə icazə verən qanunu qəbul edib. İndi isə söhbət onun açıq şəkildə satılmasından gedir.
Sorğu
Yeni dizaynımız necədir?