GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 100 milyonluq biznes Eldar Mahmudova Aşurovlardan miras qalıb?

100 milyonluq biznes Eldar Mahmudova Aşurovlardan miras qalıb?

Tarix: 4-06-2020, 12:12 Bölmə :Cəmiyyət Baxış: 315
100 milyonluq biznes Eldar Mahmudova Aşurovlardan miras qalıb?


İngiltərədə Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Anar və Nərgizin adına olan 100 milyon avroluq biznes və 19 milyon avroluq malikanə ilə bağlı araşdırma başlanıb.

Bu zaman ailənin vəkili bildirib ki, bu varidat 19-cu əsrdə milyonçu olmuş Aslan Aşurovdan ailəyə miras qalıb. Bu məlumat açıqlandıqdan sonra Azərbaycan ictimaiyyətində Aslan Aşurovun şəxsiyyəti maraq doğurub. Onun Eldar Mahmudovla qohum olmasına aid məlumat yoxdur. Aşurovlar bakılı, Mahmudovlar isə şərurludur. Bu qalmaqal üzə çıxandan sonra Aşurovların Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova ilə qohum ola biləcəyi xəbəri dövriyyəyə buraxılıb.

Aslan Aşurov neft milyonçusu olub. Onun oğlu Ağa Aşurov Azərbaycan Xalq Cümhuriyyətində mühüm vəzifələr tutub və buna görə də Ağa Aşurov haqda daha dolğun məlumatlar var. Aslan Aşurov 1905-ci ildə yaradılan "Bakı müsəlman xeyriyyə cəmiyyəti”nin təsisçilərindən biri olub. O, bu təşkilatda "Bakının nəsillikcə fəxri vətəndaşı” statusu ilə təqdim olunub. Həmin təşkilatın digər təsisçiləri Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev olub. Aslan Aşurovun oğlu Ağa Aşurov 1880-ci ildə Bakıda anadan olub. Bakı gimnaziyasını bitirib, daha sonra Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alaraq Bakıya qayıdıb. O, öncə şəhər bələdiyyə idarəsində işləyib.

1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanıb. Bakıya Şollar su kəmərinin çəkilməsində geniş fəaliyyət göstərib. Aşurov "Nəşri-maarif” cəmiyyətinin rəhbərlərindən biri olub, şəhər dumasının üzvü seçilib.

Ağa Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak edib və qurultayın Rəyasət Heyətinin üzvü seçilib.

Milli hərəkatın fəal üzvlərindən olan Ağa Aşurov fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edib. 1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparıb. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətində bitərəf olan Ağa Aşurov ticarət və sənaye naziri işləyib, eyni zamanda 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik edib. 1918-ci il oktyabrın 6-da poçt və teleqraf naziri təyin olunub. Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib, "Müsavat” və bitərəflər fraksiyasında təmsil olunub. 1918-ci il dekabrın ortalarında bütün hökumət kabinəsi ilə birlikdə istefaya çıxıb. Ağa Aşurov 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən azsaylı parlament üzvlərindən olub. Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə bilməyiblər. Aşurov Türkiyəyə mühacirət etməyə cəhd göstərib, bu baş tutmadıqda, Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis-texnoloq işləyib. 1936-cı ildə vəfat edib, Rostovun tatar qəbiristanlığında dəfn olunub.

Bu və digər mənbələrdə Aşurovların Mahmudovlarla qohumluq bağı haqda hər hansı bir kiçik də olsa, məlumat yoxdur. Bu baxımdan jurnalistlərin sorğusuna cavab olaraq Anar Mahmudov və Nərgiz Mahmudovanın vəkil vasitəsilə ailələrinin sərvətlərinin bir əcdadlarından, 19-cu əsrdə yaşamış sahibkar Aslan Aşurovdan miras qaldığını bildirmələri böyük şübhələr yaradır.

Eldar Mahmudov ailəsinin Aslan Aşurovu özlərinin ulu babaları kimi təqdim etmələri nə qədər yalan, nə qədər doğrudur?

Deputat, tarix elmləri doktoru Fəzail Ağamalı deyir ki, Aşurovların varidatının bu günə qədər gəlib çatması inandırıcı deyil: "Sovet hökuməti bəylərin bütün imkanlarını alt-üst etdi. Onların mülklərini əllərindən alıb milliləşdirdi, varidatlarını da alaraq dövlətin məqsədlərinə yönəltdi. Azərbaycanda sovet hökumətindən əvvəl bəy, xan nəslindən olan, Hacı Zeynalabdin Tağıyev kimi, Aşurovlar kimi milyonçuların varidatının özündə qalması ilə bağlı heç bir tarixi mənbə yoxdur. Bolşeviklər birmənalı olaraq burjuaziyaya, kənddə olan bəylərə qoçu, qolçomaq damğası vurmaqla tamamilə müflisləşdirib. Tabe olmayanları öldürüb və ya Sibirə yollayıblar. Tarixdən bəlli olan budur”.

Fəzail Ağamalı deyir ki, Eldar Mahmudovun ortaya atdığı qohumluq bağına inanmır: "Eldar Mahmudovun dövlətdən oğurladığını Aşurov nəslindən qalan varidat kimi təqdim etməsi qeyri-ciddi yanaşmadır. Hər kəs Eldar Mahmudovun kim olduğunu bilir. Bu halda Eldar Mahmudov sussa daha yaxşı olar”.//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mahmudovlara 200 milyonu kim verib? – Eldar Mahmudovun Milli Qəhrəmanın həyat yoldaşı olan bacısının DOSYESİ

    Mahmudovlara 200 milyonu kim verib? – Eldar ...

    1-06-2020, 20:06

  • 
  • Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb

    Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb ...

    24-11-2015, 18:34

  • 
  • Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” DANIŞDI

    Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” DANIŞDI ...

    20-06-2016, 21:28

  • 
  • Eldar Mahmudovun həyat yoldaşının səhhətində problem yaranıb

    Eldar Mahmudovun həyat yoldaşının səhhətində ...

    17-11-2015, 13:38

  • 
  • Eldar Mahmudovun bankir dostu “MTN işi”nə cəlb olunur Çingiz Əsədullayev iş adamının adına ayırdığı krediti Anar Mahmudova ötürüb

    Eldar Mahmudovun bankir dostu “MTN işi”nə cəlb ...

    20-12-2016, 00:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu