“Deyilir ki, niyə 70-80 nəfər yoluxma olanda karantin sərtləşdirilib, indi yoluxma artanda yumşaldılmaya gedilir?”
Gundemxeber.Az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu müddət ərzində maarifləndirmə işləri aparılıb, ictimai xadimlər çağırışlar edib: “Lakin buna baxmayaraq əhalinin karantin qaydalarına əməl etməməsi nəticəsində yoluxma artdı. Bəzi şəxslər bugünkü yoluxmanı ikinci dalğa adlandırırlar, lakin bu, belə deyil. Bu həftə sonu qapanma tam olacaq. Bütün əczaçılıq subyektləri və marketlər bağlı olacaq. Vətəndaşlar ərzaq və tibbi ləvazimatları bu gün və sabah ala bilərlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?