Ötən gün Bakıda tədbiq edilən sərt karantin rejimini pozanların saxlanması zamanı insidentin baş verdiyi Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binanın həyətinə polis alayı yeridilib.
Polisin həyətə daxil olmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə bəzi bina sakinlərinin saxlanılaraq polis maşınına apardıqları da əks edilib.
Məlumata görə, bir neçə nəfər məhkəmə qərarı ilə həbs edilib. Xatırladaq ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan bəzi sakinlər sərt karantin rejimi zamanı bir nəfərin saxlanmasına etiraz olaraq yaşadıqları mənzillərdən polisin avtomobilinin üzərinə zibil atmışdılar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?