Bakının Nəsimi rayonunda zibil çəninə atılan partlayıcı qurğu partalayıb, yaralanan var. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanları məlumat veriblər. Məlumata görə, hadisə bazar ertəsi saat 20:40-da baş verib. Paytaxtın "20 Yanvar” küçəsində mənzil-istismar sahəsinin əməkdaşları - 1987-ci il təvəllüdlü Kürdəmir sakini Rauf Rəsulov və 1983-cü il təvəllüdlü Siyəzən sakini İmamverdi Əhmədov "Man” markalı avtomobillə zibilləri daşıyıblar. Zibil çənlərindən birinin boşaldılması zamanı partlayış baş verib. R.Rəsulov çoxsaylı zədələr alıb və Respublika Travmatologiya İnstitutuna yerləşdirilib.
İlkin məlumatlara görə, zibil çəninə partlayıcı qurğu naməlum şəxslər tərəfindən atılıb və zibil daşıyanlar yaxınlaşan zaman partlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?