“Yasamalda vətəndaşların saxlanılması zamanı qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib”.
GundemXeber.Az bildirir ki, bubarədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
Həmin qadının mətbuata “məndən üzr istənilməyib” açıqlamaları ilə bağlı isə E.Zahidov deyib: “Qadın demək istəyir ki, həmin əməkdaş məndən üzr istəməyib. Amma həmin əməkdaşın adından ondan üzr istənilib”.
Qeyd edək ki, Yasamal rayonunda polislərin üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirmələri faktı ilə bağlı hadisəni törətməkdə şübhəli bilinən şəxslərin iyunun 8-də saxlanılması zamanı polis əməkdaşlarından biri yaşayış binasının qadın sakinini və ərini "dovşan" deməklə təhqir edib.
Əməliyyat zamanı asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfər saxlanılıb/Report.
***
İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilmişdir ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib: "Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib".
Xatırladaq ki, həmin polis qadına "siz dovşansız, sənin ərində dovşandır" və sair kimi alçaldıcı sözlər demişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?