Polisə zibil atmaq psixoloji vəziyyətin təzahürüdür. Koronavirusun yaratdığı diskomfort, maddi sıxıntı, yersiz yazılan cərimələr, evlərdə, ailələrdə gərginliyi həddən ziyadə artırıb. Belə vəziyyətdə insan polisin üzərinə özünü də atar 9-cu mərtəbədən. Bunu anlamaq üçün adam olmaq yetər. Mən bir şeyi anlamaqda çətinlik çəkirəm. Mülki geyimdə hamı kimi görsənən o adamlar formalarını geyinəndən sonra niyə vəhşiləşir. Dünən Yasamaldakı o polis əməliyyatına baxıb sarsılmamaq mümkün deyil. O əmri verənlər, əmri "canla-başla" icra edənlər: Ola bilər bu gün kimlərsə taqətsizlikdən, qorxudan haqq etdiyiniz yerinizi Sizə göstərə bilmirlər. Lakin, vaxtı gələndə bu gün etdiklərinizin cavabını layiqincə alacaqsınız! P.S. Demokratik dövlət olduğumuzu iddia edənlərə xatırlatmaq yerinə düşər. ABŞ prezidenti Corc Buş cıppılıya ayaqqabı atan jurnalisti zaldan çıxarıb oradan uzaqlaşdırmaqla kifayətləndilər. Obamaya yumurta atanla da eyni cür davrandılar. Siz nə edirsiniz? Sahə müvəkkili gedib evində profilaktik iş aparıb, cərimə yazmaqla kifayətlənə bilməzdimi? Siz nə edirsiniz, nəyə nail olmaq istəyirsiniz?
P.P.S. Sərdari Milli Səttərxan deyirdi: " Azərbaycan daş qazandır, gec qızar, gec soyuyar!" Bunu da unutmayın!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?