Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Vida mərasimi saat 10:00-dan 12:00-dək davam edəcək.
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.
Sorğu
Yeni dizaynımız necədir?