“Gün ərzində 1 rəqəmindən istifadə edən şəxs həmin gün 2 rəqəmindən də istifadə edə bilər”.
Bunu “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib.
O bildirib ki, vətəndaşlar bundan sui-istifadə etməməlidirlər: “Bu sistemin arxasında analitik təhlil dayanır və qısa müddətdə müəyyən edə bilirik ki, bu şəxs bu xidmətdən sui-istifadə edir. Həmin şəxs barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Bu gün karantin rejimi sərtləşdirilirsə, bu bizim davranışımızdan asılıdır”.
***
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev əlavə edib ki, 1 kodundan istifadədə limit yoxdur: “2 kodundan istifadə isə limitlidir və vətəndaş gündə bir dəfə istifadə edə bilər: “Gün ərzində vətəndaş hər iki koddan istifadə edə bilər. Ancaq bu sui-istifadə halı yaratmamalıdır. Təhlillər vasitəsilə bu hallar müəyyən olunur və məcbur olacağıq ki, gələcəkdə limitləri azaldaq. Başa düşürük, yay aylarıdır və hamı bayıra çıxmaq istəyir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?