Azərbaycan polisinə elektroşok vasitələrindən istifadə etmək hüququ veriləcək. Bu məsələ “Polis haqqında” qanunda dəyişikliklərdən sonra qüvvəyə minəcək.
Moderator.az-ın məlumatına görə, Milli Məclisinin Hüquq siyasəti və dövlət qurculuğu komitəsinin bu gün keçirilən toplantısında “Polis haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Dəyişiklik barədə məlumat verən Komitə sədri Əli Hüseynli bildirib ki, qanunun 26-cı maddəsinin 3-1 bəndinə aşağıdakı məzmunda dəyişiklik edilməsi nəzərdə tutulur:
“Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” Elektroşok vasitələrin tətbiqinin vacibliyini qeyd edən Ə. Hüseynli bildirdi ki, bu məsafədən cinayətkarı və cəmiyyətə zərər vermək istəyən şəxsi və ya qrupu zərərsizləşdirməyə imklan verəcək:
“Elektroşokdan istifadə etməklə tətbiq ediləcək şəxsi və qrupu bir neçə metrlikdən zərərsizləşdirmək mümkün olacaq. Belə bir metod dünyada mövcuddur və dünyanın bir çox inkişaf etmiş ölkələrində hətta bundan istifadə olunur.” Onun sözlərinə görə, elektroşok 4 halda istifadə olunacaq və ondan ancaq lazımi məqamda istifadə olunacaq və hər polisə onu daşımaq imkanı verilməyəcək. Sənəddə əks olunmuş dəyişikliyə əsasən elektroşokdan cinayətkarın insan həyatına təhlükə yaratdığı halda; kütləvi iğtişaşlar və qiyamlar zamanı; silahlı şəxsin silahdan istifadə etməklə müqavimət göstərmək ehtimalı olduğu halda; həbsdə olan şəxsi güc yolu ilə qaçırmaq isətdikdə bu vasitədən hüquq-mühafizə orqanına istifadə etmək hüququ veriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?