"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev koronavirusa yoluxub.
GundemXeber.Az xəbər verir ki, bu barədə İ. Quliyev özünün facebook səhifəsində məlumat paylaşıb.
O, aşağıdakıları bildirib:
"Əziz dostlar!
Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə "Neftçilər" xəstəxanasında davam etdirilir. Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq.
Sorğu
Yeni dizaynımız necədir?