“İşgüzar müşavirədə yoluxduğumu düşünürəm. Bilirsiniz, belə müşavirələrdə su ilə stəkan qoyurlar. Mən fikir verdim ki, stəkanları əlcəksiz qoyublar. Yerindəcə danladım və stəkanları dəyişmələrini istədim”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində deyib.
Qeyd edək ki, N.Paşinyan bu gün özünün və ailəsinin koronavirusa yoluxduğunu bildirib.
***10:32 Ermənistan baş naziri Nikol Paşinyana koronavirus diaqnozu qoyulub.
Bunu hökumət başçısı özünün “Facebook” səhifəsində canlı yayımda bildirib.
“İqamətgahdan işləyəcəyəm. Məndə rabitə üçün bütün şərait və vasitələr var. Nə qədər mümkün olarsa, o qədər də çalışacağam”, - baş nazir deyib.
N.Paşinyandan başqa, onun bütün ailə üzvləri də koronavirusa yoluxub: “Görünür, ailə üzvləri məhz məndən yoluxublar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?