“Təbəssüm Məmmədovanın anasına 30 min manat müqabilində meyitin verilməməsini deyən şəxsin olub-olmadığı araşdırılacaq”.
Bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, ilkin araşdırmalarda bu məqamla bağlı heç bir fakta rast gəlinməyib:
“Ancaq yenidən bu məqam araşdırılacaq. Həmin gün işdə olan personalla söhbət aparılacaq”./oxu.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?