GundemXeber.Az bildirir ki, məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2015-ci ilin oktyabrında MTN işi ilə bağlı həbs olunmuş sabiq Aparat rəhbəri Vidadi Zeynalovun kürəkəni Nəriman Muradov 2016-ci il dekabrın 2-də Çexiya paytaxtında Azerantrips.com sro şirkətini (https://www.azerbaijantrips.com/) qeydiyyatdan keçirib.
Sənədlərə görə Praqanın Karlin rayonu, Kaizlovy sady 434/13 ünvanında hüquqi qeydiyyata alınmış şirkətin təsisçiləri sabiq aparat rəhbərinin kürəkəni, hazırda "Rabitəbank"ın mərkəzi filialının direktoru, Bərdə şəhəri, Həzi Aslanov küçəsi 1-də qeydiyyatda olan Nəriman Muradov, onun ortaqları İlkin Həsənov və Ülvi Həsənzadədir. Turizm sahəsində fəaliyyət göstərən şirkət Praga Bələdiyyə Məhkəməsində C 266725 saylı lisenziya nömrəsi ilə qeydiyyatdan keçib.
Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun və kürəkəni Nəriman Muradovun İstanbul Şişlidə də şərikli inşaat şirkəti var.
Yeznə-qayınların İstanbuldakı şirkətlərinin Nizamnamə kapitalı 100 min olub. Bunun 75 faizi Pərvizə, 25 faizi isə Nərimana məxsusdur.
Vidadi Zeynalov ötən il martın 15-də Sabunçu Rayon Məhkəməsinin qərarıyla azadlığa çıxıb" - C.Həsənli qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?