Xəbər verdiyimiz kimi, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.
Həmin şəxslərin saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılmış videoda Çevik Polis Alaytının Xüsusi Təyinatlı qüvvələrinin evə daxil olaraq şübhəli şəxsi yatdığı yerdən götürülərək aparılması əks olunub.
Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.
Həmin vaxt inzibati həbs cəzası alan Elvin Süleymanov açıqlama verib: “Zibil atmamışdım. Bəli, qışqıranlardan biri mən idim, təhqir etmişdim. Buna görə də cəzamı aldım. Ailəm, övladlarım travma alıblar. Polislər evə daxil olanda, yatmışdım. Səsdən ayıldım. Oyaq olsaydım, əynimə paltar geyinərdim. Bəzi yerlərdə yazırlar ki, şkafda gizlənmişəm. Xeyr! Yatılı olmuşam. Uşaqlarımın gözünün qarşısında məni belə aparmaqları çox pis zərbə oldu..."
Qeyd: E.Süleymanovu “Paltar geyinməsin, elə bu vəziyyətdə apar” deyən polis kapitanı Şəhriyar Hüseynov olub. O, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğludur. Ş.Hüseynovun qayınatası Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?