Hadisə iyulun 10-u gecə saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb.
Belə ki, 1936-cı il təvəllüdlü R.Hüseynova yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb. Daha sonra o, bud və çanaq sümüyünün sınığı ilə xəstəxanaya daxil olub.
Həkimlərin səyinə baxmayaraq, R.Hüseynova iyulun 13-ü saat 11 radələrində xəstəxanada ölüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?