GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müəllif Saatlının Mədəniyyət Mərkəzindən nələri yazmışdı? - ARAŞDIRMA

Müəllif Saatlının Mədəniyyət Mərkəzindən nələri yazmışdı? - ARAŞDIRMA

Tarix: 17-07-2020, 14:00 Bölmə :Cəmiyyət Baxış: 640
Müəllif Saatlının Mədəniyyət Mərkəzindən nələri yazmışdı? - ARAŞDIRMA


​ ​ Yəqin ki, son vaxtlar Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı həyata keçirilən genişmiqyaslı mübarizə tədbirləri haqda hər kəs məlumatlıdr. Belə ki, cənab Prezidentin ortaya qoyduğu iradənin nəticəsi olaraq, ölkəmizdə bir çox vəzifə sahiblərinin daşıdıqları vəzifələrinin imkanlarından sui-istifadə etmələri, büdcə vəsaitlərini mənimsəmələri, onlara həvalə olunmuş vəzifələrinin öhdəsindən lazımınca gələ bilməmələri, yerli sakinlərə “yuxarıdan aşağı baxmaları” və s. kimi addımlarını atmaları, son anda onların həbsi ilə nəticələndi. Belə bir həssas vaxtlarda KİV nümayəndələrinin də üzərinə böyük yük düşdü və onlar cəmiyyətin informasiya təminatında əsaslı rol oynadılar. Düşündürücü hal odur ki, aidiyyatı dövlət qurumları tərəfindən korrupsiyaya və rüşvətxorluğa qarşı həyata keçirilən genişmiqyaslı mübarizə tədbirləri zamanı, bəzi media qurumlarının əməkdaşları, hətta ayrı-ayrı redaksiyalarla əməkdaşlıq edən bəzi şəxslər, məhz belə bir həssas vaxtlarda ictimaiyyəti çaşdırmaq məqsədilə müəyyən addımlarını atdılar ki, bu da son anda “bumeranq” olaraq özlərinə dəymiş oldu. Məsələn, toxunacağımız mövzu da belə bir olayla bağlı olduğundan, Gundemxeber.Az saytı olaraq bu haqda müəyyən açıqlama hazırlayıb yayımlamağı özümüz üçün borc bildik.Yəni, geniş ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, bir neçə gün bundan öncə özünü Saatlı rayon sakini kimi təqdim edən Arif Dadaşov adlı şəxs, redaksiyamızın facebook səhifəsinə Saatlı Mədəniyyət Mərkəzində, hətta Sabirabad Regional Mədəniyyət İdarəsində guya ki, qol qoyulan çoxsaylı qanunsuzluqların varlığı haqda məlumatları çatdırmışdı. Düzdür, adı çəkilən bu şəxs sadaladıqları faktları elə ardıcıllıqla düzüb qoşaraq redaksiyamızın ünvanına göndərmişdi ki, həmin faktları oxuyub onların həqiqiliyinə heç bir şübhə yerimiz qalmamışdır. Məsələn, Arif Dadaşov göndərdiyi məlumatlarda qeyd etmişdi ki, “Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov daşıdığı vəzifəsinə təyin olunduğu ilk gündən klub və mədəniyyət evləri inventar üzünə həsrət qalıb. Son 4 ildə kənd klub və mədəniyyət evlərinə bir vərəq də olsun ağ kağız, adi karandaş verilməyib. Karğüzarlıq ləvazimatlarını almaq məqsədilə ayrılan vəsaitlər Saatlı Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyevin vasitəsilə mənimsənilir. Kənd klub və mədəniyyət evlərinin işçiləri hər ay aldıqları əmək haqqının 40 faizini Bəylər Əliyevə verirlər. Verməsələr, o halda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov, həmin klub və mədəniyyət evlərini bağlayar. Kənd mədəniyyət evi və klubların işçiləri hər ay əmək haqqlarının faizini Bəylər müəllimə vermək üçün, onun qapısının ağzında növbəyə dururlar. Bu şəxs özü üçün bir neçə adı olub, özü olmayan işçi də saxlayır. Məsələn, rayonun Varxankənd kənd klubunun mədəni təşkilatçı vəzifəsində “işləyən” Ağalarova Məharət Mirələkbər qızı 5 ildən artıqdır ki, Sumqayıt şəhərində yaşayır. Ancaq hər gün kənd klubunda, guya, “işdə” olur. M.Ağalarovanın aylıq əmək haqqı Saatlı Mədəniyyət Mərkəzininin direktoru Bəylər Əliyevə çatır. Çünki, əmək haqqı kartı ondadır. Rayonun klub və mədəniyyət evlərində “ölü canlar” coxluq təşkil edir” və s. kimi məlumatları çatdırmışdı.
​ Elə ki, göndərilmiş məlumatları oxuduq və sanki “zərgər üslubu” ilə düzülüb-qoşularaq ''GundemXeber''in facebook səhifəsinə göndərilmiş faktların həqiqiliyinə şübhə yerimiz qalmadı, o halda qeyd olunan məlumatları yayımlamaq qərarına gəldik. Yəni, 01 iyul 2020-ci il tarixdə “Saatlı Mədəniyyət Mərkəzində büdcə vəsaiti necə mənimsənilir?” başlıqlı tənqidi məqalə yayımladıq. Məsələnin maraqlı tərəfi o oldu ki, belə bir başlıq adı altında məqalə yayımladıqdan təqribən iki-üç gün sonra, özünü Saatlı rayon sakini kimi ​ təqdim edən Arif Dadaşov adlı şəxs, bir​ daha redaksiyamızın elektron poçtuna xeyli əlavə faktlar göndərdi. Bu şəxsin növbəti dəfə göndərdiyi faktlarda daha çox Saatlı Mədəniyyət Mərkəzininin direktoru Bəylər Əliyev və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd​ Ramazanov ittiham olunurdular. Diqqəti cəlb edən hal o oldur ki, Arif Dadaşov göndərdiyi bu məlumatlarda mədəniyyət sahəsinə bağlı olan bir neçə nəfər Saatlı rayon sakinlərinin​ ad və soyadlarını, hətta onlara məxsus mobil telefon nömrələrini də qeyd etmişdi. Yəni, o, yazıb qeyd etmişdir ki, bu şəxslər Sabirabad Regional Mədəniyyət İdarəsi və Saatlı Mədəniyyət Mərkəzi ilə bağlı narazılıq edən və zərəçəkən şikayətçi şəxslərdirlər. Belə bir məlumatları da əldə etdikdən sonra, Gündemxeber.Az saytı olaraq həmin şəxslərlə birbaşa telefon əlaqəsi yaratdıq və Arif Dadaşovun göndərdiyi məlumatlarda onların adlarını hallandırdığını, şikayətçi olub-olmadıqlarını, Sabirabad Regional Mədəniyyət İdarəsində və Saatlı Mədəniyyət Mərkəzində hansısa qanunsuzluqların baş verib-verməməsini və 01 iyul 2020-ci il tarixdə yayımladığımız “Saatlı Mədəniyyət Mərkəzində büdcə vəsaiti necə mənimsənilir?” başlıqlı tənqidi məqalədə sadalanan faktlarla bağlı mövqe bildirmələrini xahiş etdik. O halda həmin şəxslər heç bir halda şikayətçi olmadıqlarını, heç bir qanunsuzluqla üz-üzə qalmadıqlarını, əksinə hər zaman Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanovdan, Saatlı Mədəniyyət Mərkəzininin direktoru Bəylər Əliyevdən diqqət və qayğı gördüklərini vurğuladılar. Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, özünü Saatlı rayon sakini kimi təqdim edən Arif Dadaşov adlı müəllif, Gundemxeber.Az saytının ünvanına həqiqəti ifadə etməyən belə bir məlumatları göndərməklə, əslində təxribatla məşğul olur və hər iki vəzifə sahibi haqda ictimai fikiri çaşdırmaq istəyinə düşür. Ona görə də, çoxsaylı oxucularımızdan nəzərə almalarını xahiş edirik.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ombudsmanın müraciəti əsasında korrupsiyaya yol vermiş məmur barəsində cinayət işi başlandı

    Ombudsmanın müraciəti əsasında korrupsiyaya yol ...

    18-05-2020, 18:06

  • 
  • “ASAN xidmət” korrupsiyaya və rüşvətxorluğa qarşı institusional tədbirlər arasında xüsusi yer tutur” – Prezident

    “ASAN xidmət” korrupsiyaya və rüşvətxorluğa qarşı ...

    17-12-2014, 11:03

  • 
  • Korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir

    Korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri ...

    18-04-2015, 23:06

  • 
  • İlham Əliyev: Cəmiyyətdə heç kim toxunulmaz ola bilməz

    İlham Əliyev: Cəmiyyətdə heç kim toxunulmaz ola ...

    5-11-2015, 13:33

  • 
  • Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq  davam etdirilir

    Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq ...

    1-06-2016, 00:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu