Gürcüstanda sot sutka ərzində koronavirusa 15 yeni yoluxma faktı qeydə alınıb, 3 pasiyent sağalıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 321, sağalanların sayı isə 1 088 nəfərə çatıb. 17 nəfər xəstəlikdən vəfat edib. Aktiv koronavirus xəstələrinin sayı isə 216-dır.
Hazırda Gürcüstan üzrə karantin zonalarında 7 597, stasionar nəzarətdə isə 261 nəfər saxlanılır.
Sorğu
Yeni dizaynımız necədir?