GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dərslər sentyabrda necə keçirilsin - ekspert və valideyn mövqeyi

Dərslər sentyabrda necə keçirilsin - ekspert və valideyn mövqeyi

Tarix: 18-08-2020, 11:21 Bölmə :Cəmiyyət Baxış: 370
Dərslər sentyabrda necə keçirilsin - ekspert və valideyn mövqeyi


Təhsil mütəxəssisi və valideynlər dərslərin ənənəvi qaydada başlamasının, həkim isə distant təhsilin tərəfdarıdır

Yeni tədris ilinə artıq bir aydan az vaxt qalıb. Bu səbəbdən yeni tədris ilinin sentyabrda ənənəvi qaydada başlayıb-başlamayacağı, hansı formada keçiriləcəyi ilə haqda müxtəlif təkliflər irəli sürülür. Həmin təkliflərdə qeyd olunur ki, məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilməli, şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilməli, lazımi elektron avadanlığı olmayan (onlayn dərslər üçün) müəllim və şagirdlər üçün bunlar təmin olunmalıdır. Dərs başlayarkən məktəbdə heyət müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunmalı, bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın. Qapıda termometr və dezinfeksiya aparatı qoyulmalı, hər kəs ondan məcburi istifadə etməlidir.

Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunmalıdır. Risk qrupu altında olan müəllimlər və digər işçilər işə cəlb edilməməli, onların dərsləri onlayn keçilmə mümkün olmadıqda, əvəzçilik qaydasında digər müəllimlərə həvalə edilməlidir. Mümkün olan hallarda onlayn cədvəllər hazırlanmalıdır. Davamiyyət məcburi olmasın, məktəb daxilində şagird hərəkəti lazımi sosial məsafəni gözləməklə təşkil edilməlidir.

Xatırladaq ki, koronavirus pandemiyasına görə Azərbaycanda orta məktəblərdə dərslər martın 3-dən təxirə salınıb, tədris yalnız onlayn qaydada aparılıb. Yeni başlayacaq tədris ilinin hansı formada həyata keçiriləcəyi haqda isə hələlik dəqiqləşdirilməyib.

Həmçinin dərslərin ənənəvi olaraq sentyabrın 15-dən başlayacağı da dəqiq məlum deyil. Onu da xatırladaq ki, artıq qonşu ölkələrdə dərslərin hansı tarixdə və hansı formada başlayacağı haqda açıqlama verilib. Məsələn, qonşu Rusiyada yeni tədris ili sentyabrın 1-də, Gürcüstanda sentyabrın 15-də, Türkiyədə isə sentyabrın 21-də başlayacaq.

Bəs azərbaycanlı ekspertlər ölkəmizdə də dərslərin ənənəvi vaxtda keçirilməsinin tərəfdarıdırmı?

Jurnalistlər kədərli və uğurlu həyat hekayələrini anlatdılar ...

İki övladı məktəbli olan jurnalist Rumiyyə Miraslan dedi ki, ötən dərs ilinin, demək olar ki, son 3 ayını hər iki övladım onlayn təhsil alıb: “Ancaq bu cür təhsilin çox effektsiz olduğunu gördük. Uşaqlarda heç bir məsuliyyət hissi olmadı. Bu, onu göstərdi ki, biz hələ cəmiyyət olaraq, müəllimlə əyani şəkildə ünsiyyətə girmədən dərs oxumağa alışmamışıq. Bizə hələ də müəllim xofu, qorxusu lazımdır. Üstəlik internetə qoşulmaq imkanı olmayan şagirdlər də var və onları da nəzərə alsaq, onu deyə bilərik ki, distant təhsil yeni dərs ilindən də davam edərsə, uşaqlarımız ”kor qalacaq".

Rumiyyə Miraslan yeni tədris ilində dərslərin ənənəvi formada keçirilməsinin zəruri olduğunu vurğulayıb:

“Bütün ölkələrdə hansısa formada ənənəvi təhsilə başlanılıb və başlanılacaq. Ona görə bizdə də sentyabrda hansısa formada ənənəvi təhsil davam etdirilməlidir. Ən azı, hazırlıq kurslarının fəaliyyətinə müəyyən qaydalarla icazə verilməlidir. Çünki ali məktəbə hazırlaşan şagirdlərimiz də var və sayları kifayət qədərdir. Hər kəs yaxşı bilir ki, hazırlıq kurslarının, repetitorların fəaliyyəti olmasa, ali məktəbə girən abituriyentlərin sayı kəskin şəkildə aşağı düşər”.

Jurnalist 10-cu sinifdə oxuyacaq qızının təhsili üçün narahatlıq keçirdiyini dilə gətirib: “Mənim qızım da bu il 10-cu sinifdə oxuyacaq, ona görə lap çox narahatlıq keçirirəm. Zatən pandemiya uşaqların psixologiyasına kifayət qədər zərbə vurub, dərslər ənənəvi şəkildə davam etməsə, bu şagirdlərə daha böyük zərbə olacaq”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzuya bu cür şərh bildirdi: “Ümumiyyətlə, dərslərin başlaması situasiyaya görə müəyyən olunacaq. Yəqin ki, virusa yoluxma statistikasına artım olmasa vəziyyət bir qədər asan olacaq. Lakin sentyabr ayında bildiyiniz kimi payız mövsümü başlayır. Soyuq havalar da özləri ilə bərabər soyuqdəymə xəstəliklərini gətirir. Hər halda ”Covid-19" virusu qeyd etdiyim soyuqdəymə xəstəlikləri ilə birləşərsə, ağırlaşmalar yarana bilər. Ona görə də ilk növbədə mütləq dərs prosesinin onlayn, yoxsa fiziki formada olacağını müəyyən etmək lazımdır. Əgər yoluxma statistikasında artım olmazsa, fiziki formada keçirilmə mümkündür, təbii ki, karantin qaydalarına əməl olunmaqla. Həmçinin bu halda sinif otaqlarını azaltmaq, şagirdləri qruplara bölmək zərurəti yaranacaq.

Diqqət etmək lazımdır ki, şagirdlər maska taxmaq, əllərin dezinfeksiya edilməsi, məsafə saxlamaq qaydalarına düzgün əməl etsinlər".

Adil Qeybulla qeyd edib ki, adətən uşaqlar “Covid-19" virusunu klinik keçirir: ”Beləliklə də uşaqların arasında ağırlaşma çox nadir hallarda müşahidə olunur. Bunun səbəbi dəqiq izah olunmasa da, hər halda uşaqların bu virusu keçirmə ehtimalları çoxdur. Ola bilir ki, virusa yoluxmuş bir uşaq xeyli sayda yaşlı insanı yoluxdurur. Ona görə də bir daha qeyd edirəm ki, uşaqların virusa yoluxmaması üçün önləyici tədbirlər görmək, qaydalara əməl etmək lazımdır".

Təhsil eksperti Kamran Əsədov da qeyd edib ki, mart ayından dərslərin dayandırılması bütün uşaqlara çox ciddi, psixoloji təsir göstərib:

“Eyni zamanda mövzunun mənimsənilməsi ilə bağlı müəllimlərlə əyani şəkildə işləmədikləri üçün çox ciddi fəsadlar ortaya çıxıb.

Şəxsən öz övladımda müşahidə edirəm ki, riyaziyyat fənnindən xeyli çətinlik çəkir. Doğrudur, humanitar, xarici il dilə bağlı fənləri rahatlıqla, hətta internet resursları üzərindən öyrənə bilir. Lakin bunu dəqiq fənlər haqqında deyə bilmirik.

Düşünürəm ki, digər fənlər üzrə onlayn dərslər keçiriləcəksə, mütləq şəkildə ən azından texniki və təbiət fənlər birbaşa, ənənəvi qaydada olmalıdır".

Kamran Əsədov yeni tədris ilində məktəbli formalarına ehtiyac olmadığını deyib: “Səbirsizliklə yeni tədris ilinin başlanmasını gözləyirəm. Adətən yeni tədris ili ilə bağlı ilk qayğılar əsasən məktəbli forması ilə bağlı olur. Hesab edirəm ki, bu il məktəbli formasına ehtiyac yoxdur. Çünki bu reallıqdır ki, valideynlər övladlarına məktəbli forma alarkən bir neçə seçimə baxır, övladlarını geyindirir, bu zaman da yoluxma riski ortaya çıxır. Hansısa yoluxmuş şəxs həmin paltarlara toxunduqda virus paltarda qala, digərlərinə yoluxa bilər. Bu baxımdan düşünürəm ki, burada ilk problem məktəbli forması ilə bağlıdır. Bu il məktəbə gələrkən paltar geyinməkdə şagirdlərə müstəqillik vermək lazımdır”.

Kamran Əsədov birmənalı şəkildə dərslərin başlanmasının tərəfdarı olduğunu bildirdi: “Bu, psixoloji bir amildir. Çünki şagirdlər evdə qaldıqca ünsiyyət qabiliyyətləri itir, real həyatdan uzaqlaşırlar. Bu da gələcəkdə həmin uşaqların insani münasibətlərinə, şəxsiyyət kimi formalaşmasına təsir göstərəcək.

Ən vacib məqam isə qeyd etdiyim kimi, müəyyən ixtisasların öyrənilməsi ilə bağlıdır, hansı ki, həmin fənlər mütləq ənənəvi qaydada keçirilməlidir".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hərarəti olan 20-yə yaxın şagird imtahana buraxılmayıb - DİM

    Hərarəti olan 20-yə yaxın şagird imtahana ...

    10-06-2020, 17:34

  • 
  • Masazırda orta məktəbdə erməni havası – Şagirdlər “Artsax” kompozisiyasına oynadıldı

    Masazırda orta məktəbdə erməni havası – Şagirdlər ...

    15-09-2017, 15:30

  • 
  • Məktəblər sentyabrda da açılmaya bilər: Baş infeksionist də, ekspert də ümidli danışmır

    Məktəblər sentyabrda da açılmaya bilər: Baş ...

    9-05-2020, 14:17

  • 
  • Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq?

    Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris ...

    5-07-2020, 15:44

  • 
  • İranda məktəblər açılır

    İranda məktəblər açılır ...

    12-05-2020, 19:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu