Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “Caspel” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
GundemXeber.Az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Texniki və elektrik mallarının, proqram təminatlarının, lisenziyaların satın alınması, quraşdırma və digər işlərin görülməsi və xidmətlərin göstərilməsi nəzərdə tutulub. Müqavilənin ümumi məbləği 2 milyon 754 min 140 min manatdır.
“Caspel” şirkəti 2005-ci ildə təsis edilib. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir. Azərbaycanın iri şirkətləri: banklar, restoranlar, supermarketlər “Caspel”in müştəriləridir. Beynəlxalq korporasiyalar öz filialları arasında rabitə yaratmaq üçün “Caspel”in xidmətlərindən istifadə edirlər.
Onu da qeyd edək ki, “Caspel” MMC-nin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Ceyhun Quliyevdir. Bu şirkətin 1 milyon 367 min 488 manat vergi borcu var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?