GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ƏLÇATMAZ ZİRVƏYƏ QOVUŞAN VƏTƏNPƏRVƏR VƏTƏN OĞLU

ƏLÇATMAZ ZİRVƏYƏ QOVUŞAN VƏTƏNPƏRVƏR VƏTƏN OĞLU

Tarix: 19-08-2020, 17:10 Bölmə :Cəmiyyət Baxış: 1 288
ƏLÇATMAZ ZİRVƏYƏ QOVUŞAN VƏTƏNPƏRVƏR VƏTƏN OĞLU


Hər zaman həsrəti payız fəslinə oxşadırlar. Payızda bir - bir qopub düşən yarpaqlar kimi həsrət çəkən ürəklərdəndə bir - bir ümidlər qopub düşür.

Payızın dolub boşalan buludlarını andırır həsrət çəkən gözlər. Qəlbin fəryadı şimşəklərə, göz yaşları isə çağlayan gur çaylara bənzəyir. Həsrət bir az da torpaq qoxur. Vətən torpağı. Axı elə o həsrətin təməli də vətən, torpaq üçün qoyulub. Bir ovucunu bağrına basıb şəhid kimi qoxlayıb öpdükdə sanki yaralı qəlbinə məlhəm olur o torpaq. Elə şəhid qanının torpağa məlhəm olduğu kimi.
Torpağa məlhəm olan, canın vətən uğrunda fəda edən bir qəhrəman Quliyev İnqilab Çingiz oğlu. Tanıdıqca vətən sevgisənə heyran olduğum bu qəhrəmanın ömür kitabını vərəqlədikcə əzmin, cəsarətin, şücaətin sehrinə düşdüm. Bir ürəyin sonsuz sevgisinin nurlandırdığı şəhid sözü vətən qədər əziz vətən qədər müqəddəs sayılır. O müqəddəs şəhidi Allah vətənə can olsun deyə göndərmişdi yer üzünə. Dünyaya gəlişi ilə nur saçan bu qəhrəman gedişi ilə də nur saçdı. Həm də bütöv cahanı nura qərq etdi. O nur şəhid nuru idi.
1983-cü ilin yaz ayları idi. Quliyevlər ailəsində həyəcan və təlaş hökm sürürdü. O həyəcan aprelin 13 - də yerini sevinclə dəyişdi. Ailə üçüncü övladını bağrına basdı. Ailə bu övlada İnqilab adını qoydu. Hər zaman deyirlər ki, "insanın adı onun taleyində böyük rol oynayır". Yəqin ki, bu adı qoyarkən bu körpənin gələcəkdə kim olacağı təsəvvürü yaranmışdı. Ötüb keçən zaman İnqilabı böyüdürdü. İnqilabla bərabər arzular, ümidlər də böyüyürdü. Bu zaman ərzində ailə yaşayış məkanlarını da dəyişmişdi. Əslən Beyləqan rayonundan olan Çingiz Quliyev ailəsi ilə birlikdə Kəlbəcər rayonunun İstisu qəsəbəsinə köçüb orda müəllimlik fəaliyyətini davam etdirirdi. Elə İnqlab da ilk təhsilinə 1989-cu ildə Kəlbəcər rayonunun İstisu qəsəbəsində başlamışdı. Ancaq ailə başçısının səhhətində yaranan problemlə əlaqədar onlar 1990-cı ildə yenidən Beyləqana köçür və İnqilab təhsilini burada Milli Qəhrəman Namiq Allahverdiyev adına 1 N-Lİ məktəbdə davam edir. IX sinifi bitirdikdən sonra 1997-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olur. Ürəyində vətən dərdi qövr edən bu qəhrəman vətənin dərdinə məlhəm olmaq niyyəti ilə hər vəchlə çalışır. 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin raket və artilleriya silahlarının istismarı və təmiri ixtisasının kursantı adını qazanır. Ömründən ötən hər günü vətən naminə yaşayan İnqilabın atdığı addımlar onu pillə-pillə yüksəldir. Ancaq o hər zaman ən yüksək məqam olan şəhidlik məqamına ucalmaq arzusunda olur. İnqilab çox gözəl bilirdi ki, torpaqlarının bir qismi işğal altında olan bir vətən hər zaman şəhid verib və verəcək. O da vətənin azadlığı naminə can verməyə hər an hazır idi.
2005-ci ildə İnqilab artıq kiçik leytenant rütbəsi almışdı. O Tovuzda olduğu müddətdə bir hərbiçi kimi düşmənə göz açmağa imkan vermirdi. Daha sonra baş-leytenant rütbəsi alan qəhrəman 2006-cı ildə Toğanada işə başlamışdı. Bununla da yetinməyərək Türkiyədə ixtisas artırma kursundan müvəffəqiyyətlə keçən İnqilab 2011 - ci ildə Gəncədəki N saylı hərbi hissədə kapitan kimi fəaliyyət göstərmişdi.
Hərbiçi kimi vətən keşiyində duran İnqilab 2011-ci ildə şəxsi həyatında da önəmli bir imza atır, Lalə xanımla ailə həyatı qurur. Oğul toyunun sevincindən cuşa gələn ata, ana ən böyük arzusuna çatır. Ailə xoşbəxt günlərə qucaq açdıq deyərkən bir anda sevinc kədərlə yerini dəyişir.2012-ci ildə İnqilabın qardaşı rəhmətə gedir. İnqilabın ürəyinə qardaş dağı dəyir. Qardaş dağı ilə göynəyən ürəyə övlad sevinci məlhəm olur. 2012-ci il iyulun 30-da İnqilab ilk dəfə ata olmağın sevincini yaşayır. Onun Hüseyni dünyaya gəlir. 2014-cü il iyunun 29-u isə ikinci övladı Əyyam dünyaya göz açır. Vətənin dəyərli oğlu həm də dəyərli bir ailə başçısı idi.Həm vətənin keşiyin çəkirdi, həm də ailəsinin. İnqilabın övladları ilə bağlı böyük arzuları var idi.O 2016 - cı ildə övladlarına kiçik toy etməyi planlaşdırırdı. Ancaq...
Xoş arzuların dilə gəldiyi bayram günü... Martın 21- i Novruz bayramında Quliyevlərin ocağında çal-çağır idi. Adət - ənənələrimizi yaşadan bu ailə bayramı qeyd edirdi. Sanki son İnqilablı bayram olduğunu hiss etmişdilər. Sonlar unudulmur. Nə İnqilabın iştirak etdiyi son bayram nə də son dəfə martın 24-də evdən son gedişi.
Aprel döyüşlərində azad olunmuş torpaqlara qanı ilə imza atanlardan biri də İnqilab Quliyev oldu. Hər zaman "Kəlbəcərə şanlı bayrağımızı sancacam" deyən İnqilabın illərlə gözlədiyi an yetişmişdi. Zəfər sorağında olan xalqımız müjdəli xəbərləri almağa başlamışdı. Hər azadlığa qan izi düşür. Bu azadlığın da izi həm torpağa həm də ürəklərə düşmüşdü.
Gecələri gündüzü ilə yer dəyişən İnqilab aprelin 3-də son dəfə 1 saatlıq Tərtərə dayısı gilə gəlir. Sanki anası ilə vidalaşmağa gəlir. İnqilab çox gözəl bilirdi ki, o döyüşdə hər an can verə bilər. İnqilabı görən ananın ürəyi sevincdən titrəyir.Ana oğlunun qarşısında baş əyib "salam Azərbaycan əsgəri" deyir.İnqilabın gəlişi hər zaman olduğu kimi yenə də toy - bayrama dönür. Ancaq onun ürəyində nigarançılıq var idi. Hətta boğazından yemək də keçmir. Bunu görən ana oğlunun gəlişinə çəkilən kababları büküb əsgərlərə göndərmək qərarına gəlir. Ah ana ürəyi...
Artıq İnqilabın getmək zamanı çatanda ana mələk kimi uyuyan balasına yaxınlaşır ki, onu yuxudan oyatsın. Ancaq bacarmır. "Axı mən balamı od-alovun içinə necə göndərim?" deyən ana geri çəkilir. Bacısı İnqilabı oyadır. Kapitan hər kəslə vidalaşır. Anası balasından ayrılmaq istəmir. Ana vətəninin də İnqilaba ehtiyacı olduğunu düşünən ana oğlundan ayrılır.
Artıq günlər idi Azərbaycan ordusu düşməni sarsıdıcı zərbələrlə geri çəkilməyə məcbur edirdi. Aprelin 4-ü döyüş hələ də davam edirdi. Axşamçağı İnqilab son dəfə xanımına zəng edir. Hər şeyin yaxşı olduğunu deyib Laləni arxayın salmağa çalışan İnqilab vidalaşdıqdan yarım saat sonra qəhrəmancasına şəhid olur. Sonradan məlum olur ki, kapitan Quliyev və döyüş yoldaşları aprelin 3-dən 4-nə keçən gecə Ağdərəyə gedən əsas yol üzərində yerləşən strateji baxımdan əhəmiyyətli olan Madaqiz məntəqəsindəki hərbi bazanı darmadağın ediblər. Həmin vaxt erməni ordusunun çox sayda hərbi qulluqçuları, polkovnik və general rütbəli hərbçiləri hərbiçilərimiz tərəfindən məhv edilib.
Tarixi qədimdən qədim, qoynunda isə neçə qəhrəmanın uyuduğu Gəncəyə yenə bir qəhrəmanın şəhid olduğu xəbəri yayılır. Azərbaycanın döyünən ürəyinə sanki xəncər sancılır. Axı hələ İnqilabın hərb sahəsində hədəfləri var idi. Axı o general olmaq istəyirdi. Gəncə camaatı hər gələn şəhidi tək İnqilabı da vətənin qəhrəmanı kimi qarşılayır. Gecənin sükutunu insan izdihamı və "Şəhidlər ölməz, vətən bölünməz" şüarı pozur. Gəncənin 371-ci şəhidi 33 yaşlı Quliyev İnqilab Çingiz oğlu olur.
Beləcə doğularkən nur saçan İnqilab Quliyev dünyadan köçərkən də vətənə nur saçdı. Onun sevgisindən hər ürəyə pay düşdü. Vətən torpağında ucalan müqəddəs məzarı ziyarətgaha çevrildi. Müqəddəsləşən şəhidimin şücaətləri hər kəs tərəfindən dəyərləndirildi. Sağlığında Ordunun yaranmasının 90 və 95 ci il yubiley medalları ilə, 10 il qüsursuz xidmətə görə "İgidliyə görə" III dərəcəli medalı ilə, Müdafiə nazirliyi və korpus komandiri tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunan qəhrəman şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
İnqilab "Vətən" deyib vətənləşən oğullardan biri idi. Vətən sevgisi ilə yaşadı, böyüdü və vətənlə bütünləşdi. Bizə bir vətən əmanət qoydu.

ALLAHA UCALANLAR

Ömrün Vətən adlı kədər daşından,
Görənlər ürpənib uzağa qaçar.
Torpağa çilənən hər göz yaşından
Bir şəhid boylanar, bir çiçək açar.

Vətən torpağının cadar üzünü,
Damlayan qan tutub lap hamar edib.
Qəlbimə dağ olan şəhid sözünü
Duyanlar qəlbini köksündə didib.

İndi mən ağlayım bir az gəncimə,
Bir az da vətənlə qocalanıma.
Ağlayım sağalmaz şəhid dərdimə
Allahın yanına ucalanıma.


ƏLÇATMAZ ZİRVƏYƏ QOVUŞAN VƏTƏNPƏRVƏR VƏTƏN OĞLU


Müəllif :MANYA SƏXAVƏTQIZI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan

    Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan ...

    6-04-2016, 21:10

  • 
  • Şəhidin sevgilisi üsyan etdi: "Vətən sağ olmasın" - FOTO

    Şəhidin sevgilisi üsyan etdi: "Vətən sağ ...

    31-07-2015, 10:35

  • 
  • “Vətən mənim qürur mənbəyimdir”

    “Vətən mənim qürur mənbəyimdir” ...

    17-05-2017, 15:54

  • 
  • Bayrağımızla üzü gülsün QARABAĞIMIZIN

    Bayrağımızla üzü gülsün QARABAĞIMIZIN ...

    9-11-2015, 11:25

  • 
  • “Sizi and verirəm Əbülfəz Elçi Bəyin vətən eşqinə…” – Güney Azərbaycana müraciət

    “Sizi and verirəm Əbülfəz Elçi Bəyin vətən ...

    17-11-2019, 13:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu