Bütöv Azərbaycan Birliyinin (BAB) Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli İranda baş verən proseslərlə bağlı Güney Azərbaycan Türklərinə müraciət edib.
Gundemxeber.az həmin müraciəti olduğu kimi təqdim edir:
Eziz soydaşlarım!
Mən Aqil Səmədbəyli olaraq, Əbülfəz Elçi Bəyin uca ruhu adına, Güney Azərbaycandakı, İran adlanan ölkdəki bütün Türklərə səslənirəm!
Səttar xanın, Elçi Bəyin, şəhidlərimizin uca ruhunu sevindirin!
Ey ulu millət, vətən sevdalıları,azadlıq və hürriyyət sevdalıları,.ərəfli xalqımız,Elçi Bəyin azadlıq ideyalarına, Azərbaycanı bütöv görmə sevdasına sahib çıxın!
Oyanın,ayaqlanın, qalxın, mənfur fars rejiminin boyunduruğu altında qalmayın!
Azadlıq ideyalarına, Azərbaycanı bütöv görmə sevdasına sahib çıxın! Oyanın, ayaqlanın, qalxın, mənfur fars rejminin boyunduruğu altında qalmayın!
Sizi and verirəm Elçibəyin ruhuna, sizi and verirəm Şəhid qanı ilə suvarılmış müqəddəs vətən torpağına, sizi and verirəm şərəfli Türk kimliyinizə, sizi and verirəm Əbülfəz Elçi Bəyin vətən eşqinə, hür olun, azad olun, özgür olun, bağımsız olun!
Əziz və dəyərli xalqımız, həmvətənlərim, vətən sevdalıları qızıl qurdlar, Güney Azərbaycanın özgür olma zamanı gəlmişdir! BÜTÖV AZƏRBAYCAN eşqi ilə fədakarca ömrünü Güney və Quzey Azərbaycanın azadlığına fəda vermiş Əbülfəz Elçi Beyə olan sözümüzü tutmalı, Azərbaycanın bütövlüyü üçün Fars rejminə boyun əyməməli, Hür və Azad olmalıyıq.
Qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır, şərəflidir, bizim gələcək nəsillərimizə namus borcumuzdur!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?