GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vəzifəlilər toy edirsə, deməli, QADAĞA GÖTÜRÜLÜR? - “Məhərrəmlik başlayıb, qadağa qaldırılsa da, heç kəs toy etməyəcək”

Vəzifəlilər toy edirsə, deməli, QADAĞA GÖTÜRÜLÜR? - “Məhərrəmlik başlayıb, qadağa qaldırılsa da, heç kəs toy etməyəcək”

Tarix: 22-08-2020, 14:49 Bölmə :Cəmiyyət Baxış: 601
Vəzifəlilər toy edirsə, deməli, QADAĞA GÖTÜRÜLÜR? - “Məhərrəmlik başlayıb, qadağa qaldırılsa da, heç kəs toy etməyəcək”


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyasına görə ölkədə mart ayından etibarən təntənəli toy-nişan mərasimlərinin keçirilməsi qadağan edilib. Buna baxmayaraq qaydanı pozanlar, övladına toy-nişan mərasimi keçirmək istəyən xeyli valideynlər oldu və bu faktlar hələ də davam edir.

Maraqlıdır ki, karantin qaydalarına zidd hərəkət edənlər arasında məşhurlar, hətta vəzifəli şəxslər, siyasətçilər də var. Məsələn, bu günlərdə bəzi mətbuat orqanlarında millət vəkili Hadi Rəcəblinin təmtəraqlı şəkildə nəvəsinə toy etdiyi haqda məlumatlar yayıldı. Məlumatda bildirilirdi ki, deputatın 2 il nişanlı olan nəvəsinin toyunda 150 nəfərdən çox qonaq iştirak edib. Mərasimdə Xalq artisti Emin Ağalarovun da iştirak etdiyi deyilirdi.

Məsələ ilə bağlı Rəcəbli ailəsindən modern.az saytına bildirilib ki, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil: “Dünən ”ASAN Xidmət"də Hadi Rəcəblinin nəvəsi - oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında - açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır".

Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib: “Nikah mərasimində tanınmış müğənni, Xalq artisti Emin Ağalarov da iştirak edib. Amma nə Hadi Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak edib”.

Xatırladaq ki, “Sea Breeze” restoranının sahibi Xalq artisti, müğənni Emin Ağalarovdur. Xalq artisti qalmaqallı toy məsələsinə münasibət bildirib. O, heç bir toydan söhbət gedə bilmədiyini diqqətə çatdırıb: “Bu gün Azərbaycan mətbuatında ”Sea Breeze"də toy keçiriləcəyi barədə məlumatlar yayılıb. Mən hər kəsi əmin edirəm ki, bu, belə deyil. Restoranın terrası 6 nəfər üçün nəzərdə tutulub, karantin qaydalarına tam əməl olunur, hovuz fəaliyyət göstərmir, ara məsafəsini saxlamaqla dəniz fəaliyyətinə icazə var, toydan isə söhbət gedə bilməz".

Bu xəbərin ardınca isə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin də nəvəsinə təmtəraqlı toy mərasimi keçirdiyi məlum oldu.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdə yalnız qohumlar və ailənin yaxın dostları iştirak edib. Videodan görünür ki, ofisiant maska taxsa da, qonaqlar heç bir qoruyucu vasitədən istifadə etməyiblər.

Qeyd edək ki, bu xəbərlər həm mətbuatda, həm də sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Əksəriyyət “vəzifəli şəxslərə olar, amma adi vətəndaşlara yox?” deyə etirazlarını bildiriblər. Bəzilərinin isə ehtimalına görə əgər vəzifəli şəxslər toy mərasimləri keçirirsə, deməli tezliklə toy-nişan mərasimləri ilə bağlı qadağa aradan qaldırıla bilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışaraq, məsələyə bu cür mövqe bildirdi: “Əslində əgər toy mərasimi keçirmək mümkündürsə, bu hamı üçün olmalıdır. Yəni qadağa da, azadlıq da hər kəs üçün eyni təşkil edilməlidir. Qeyd edim ki, biz həkimlər heyəti olaraq ilk gündən təklif etmişdik ki, toy-nişan, yas məclislərinin keçirilməsi ilə bağlı təlimatlar hazırlanmalıdır. Bu təlimatlar əsasında da mərasimlər keçirilməlidir. Axı nə qədər toy-nişan mərasimlərini təxirə salmaq olar? Toy mərasimləri də nəsil artırılması ilə bağlı məsələdir. Ona görə də toyların olması vacibdir. Çünki təxminən 18 ildən sonra orduya əsgər lazım olacaq, demoqrafik məsələlər var və sairə. Bir daha qeyd edirəm ki, toy-nişan mərasimləri artıq keçirilməlidir, lakin müəyyən bir formatda. Xatırladım ki, həkim heyəti olaraq Operativ Qərargaha bu barədə təkliflər versək də, bir nəticəsi olmadı. Ona da bildirmişdik ki, karantin qaydaları ilə bağlı qərarlar sərt olsun. ”Evdə qal" karantini isə birdəfəlik ləğv olunsun. Çox təəssüf ki, bütün bunlar nəzərə alınmadı. İnsanlar həmişə ədalətsizliyə etiraz edir. Deməli kim ki, vəzifədədir, ondan sui-istifadə edə bilər, amma adi vətəndaş kənarda qalır. Ona görə də çalışmaq lazımdır ki, hər kəsə eyni gözlə yanaşsınlar".

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edib: “Düşünməliyik ki, karantin məsələsini uzatmaq olmaz. Karantin insanlara həm iqtisadi, həm də psixoloji zərbələr vurur, həm də ölkədəki həyatı dondurur. Ona görə də biz karantinlə davam edə bilməyəcəyik. Bizim bir nömrəli məsələmiz insanların davranışlarını formalaşdırmaq, buna hazırlamaqdır. Əhali bilməlidir ki, virus dövründə necə yaşamalıdır. Yəni nə cür davranış etməlidirlər ki, qorunsunlar. Əslində bu istiqamətdə işlər getməli, maarifləndirmə aparılmalı, ölkədə ictimai qınağın artırılmasına çalışmaq lazım idi. Koronavirus elə bir şey deyil ki, hansısa siyasi yolla və yaxud dua oxumaqla biz ondan uzaqlaşa bilək. Bu virus çılpaqlığı ilə bizimlə üz-üzə dayanıb. Ona görə də bu istiqamətdə çalışmaq lazımdır.

On gündən sonra Aşura günü keçiriləcək, insanlar da bu günü keçirməyə çalışacaq. Din xadimləri borcludurlar ki, təcili olaraq mərasimi necə keçirməklə bağlı xalqa tövsiyələr versinlər. Lakin müşahidə edirik ki, bu sahədə iş getmir və məni bir sosioloq olaraq, çox ağrıdır. Biz əhaliyə kömək etmədən, onu öyrətmədən deyirik ki, “filan şey təhlükəlidir” və sairə. Əgər əhali qaydalara əməl etmirsə, onun səbəbini öyrənməliyik. O ki qaldı toylarla bağlı qadağaya, onsuz da artıq Məhərrəm ayı başlayıb, qadağa qaldırılsa da heç kəs toy etməyəcək. Lap etmək istəyən olsa da toya gedən olmayacaq. Amma indiki halda toyların keçirilib-keçirilməməsi ilə bağlı məsələni müzakirə etməkdənsə, bir daha qeyd edirəm, insanları karantin qaydaları ilə bağlı maarifləndirmək lazımdır"./“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mənzillərdə ad günü, toy, nişan keçirmək qadağan edildi

    Mənzillərdə ad günü, toy, nişan keçirmək qadağan ...

    30-03-2020, 23:37

  • 
  • Sünnət toylarına qadağa - Azərbaycanda

    Sünnət toylarına qadağa - Azərbaycanda ...

    17-09-2014, 12:13

  • 
  • İlhamənin yas mərasimində qadağa

    İlhamənin yas mərasimində qadağa ...

    3-03-2016, 12:40

  • 
  • Koronavirusa yoluxanların sayı son günlər iki dəfəyədək artıb

    Koronavirusa yoluxanların sayı son günlər iki ...

    5-05-2020, 22:14

  • 
  • Daha bir nişan mərasimi cərimə ilə nəticələndi

    Daha bir nişan mərasimi cərimə ilə nəticələndi ...

    14-08-2020, 16:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu